"Qarabağ" Azərbaycan Kubokunun QALİBİ OLDU

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.
KONKRET.az-ın məlumatına görə, final oyununda son çempion "Qarabağ"la bürünc mükafatçı "Zirə" üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşmaya Ağdam təmsilçisi daha fəal başlayıb. 10-cu dəqiqədə Marko Veşoviçin zərbəsini "qartallar"ın qapıçısı Anar Nəzirov dəf edib.
"Zirə" görüşün 17-ci dəqiqəsində hesabı açıb. "Qarabağ"ın kapitanı Maksim Medvedevin səhvindən yararlanaraq topu ələ keçirən Coşqun Diniyevin ötürməsindən sonra Hamidu Keyta fərqlənib. Qolun ardından "köhlən atlar" təşəbbüsü daha da ələ alıb. 29-cu dəqiqədə Qara Qarayevin uzaq məsafədən endirdiyi zərbədən sonra top müdafiəçilərə dəyərək qapının yanından keçib.
40-cı dəqiqədə Təmkin Xəlilzadə fərqi daha da artırmağa yaxın olub. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev gözəl qurtarışla bunun qarşısını alıb.
İlk hissə paytaxt klubunun minimal hesablı üstünlüyü ilə bitib. Bölgə təmsilçisi ikinci yarıya da daha aktiv başlayıb. 47-ci dəqiqədə Kadi Borgesin zərbəsindən sonra Anar Nəzirov növbəti dəfə komandasını real qoldan xilas edib. 60-cı dəqiqədə Qara Qarayev uzaq məsafədən fərqlənməyə çalışsa da, top qapının üstündən keçib. Ölçə çempionu 69-cu dəqiqədədə istəyinə çatıb. Abdullah Zubirin uzaq məsafədən qüvvətli zərbəsi qarşısıalınmaz olub. 10 dəqiqə sonra Zubirin yaxın məsafədən endirdiyi təhlükəli zərbədən sonra Nəzirov topu qapı xəttindən çıxarıb. 84-cü dəqiqədə Leandro Andrade "Qarabağ"ı önə keçirməyə yaxın olub. Onun zərbəsindən sonra top qapı dirəyinə dəyərək meydanı tərk edib.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə olunmuş 30 dəqiqədə qapılara qol vurulmadığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Penaltilər seriyasında rəqibinə 4:3 hesabı ilə qalib gələn "Qarabağ" Azərbaycan Kubokunun qalibi olub.
Beləliklə, "köhlən atlar" 7-ci dəfə bu titula sahib çıxıb və ölkə tarixində yeni rekord müəyyənləşdirib. Komandanın baş məşqçi Qurban Qurbanov bu mükafatı ən çox qazanan baş məşqçi adına da yiyələnib – 5.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

İdman       Tarix: 28 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə millisi baş məşqçisi Vinçenso Montella ilə yollarını ayırıb. xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb. İtaliyalı mütəxəssis TFF-nin İdarə Heyətinin iclasından sonr

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq


azerbaycan xeberleri son xeberler yeni xeberler en yeni xeberler ən son xeberler valyuta məzənnələri cəbhədən son dəqiqə