"Qarabağ Azərbaycandır. Necə ki, Krım Ukraynadır" - Akopyanın Kiyev səfərinə TUTARLI CAVAB
Ukraynalı hərbi analitik Aleksandr Kovalenko Ermənistan lideri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfərini şərh edib.
KONKRET.az-ın məlumatına görə, o bildirib ki, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Kiyevdə keçirilən birinci xanımların və həyat yoldaşlarının sammitinə dəvət edildiyini biləndə mənfi hisslər keçirib:
"Bir tərəfdən, mən Anna Akopyanı dəvət etməklə Prezident Aparatının nəyi rəhbər tutduğunu mükəmməl başa düşdüm. İlk növbədə, bu, son bir ildə Rusiyaya mikroelektronika tədarükündə lider olan ölkənin baş nazirinin xanımı ilə qeyri-rəsmi ünsiyyət üçün fürsətdir. Ən qısa müddətdə Ermənistan Rusiyaya elektronika tədarükünə görə dünyada ikinci Silikon Vadisi oldu! Bu gün Ermənistan qanadlı raketlər yaratmaq üçün lazım olan elektronikanın Rusiyaya qaçaqmalçılıq yolu ilə daşınmasında əsas tranzit platformadır. Nəticədə Rusiya daha sonra Ukraynanın dinc şəhərlərini atəşə tutur. Anna Akopyanla ünsiyyətin məqsədi də bu vəziyyəti dəyişmək idi", – deyə Kovalenko qeyd edib..
O bildirib ki, əvvəllər Kiyevə səfər etməyən Anna Akopyanın da öz məqsədləri olub.
"Akopyanın məqsədi Qarabağın və Xankəndinin "soyqırımı", "aclığı" və "blokadası" ilə bağlı manipulyasiya və saxtakarlıqları yaymaq üçün beynəlxalq platformadan istifadə etmək idi. Akopyanın çıxışının üçdə biri bu hekayələrin yayılmasına həsr olunub. Əminəm ki, son il yarım ərzində Ukraynaya Ermənistandan daha böyük yardım göstərən Azərbaycanın reaksiyası özünü çox gözlətməyəcək", – deyə ukraynalı hərbi analitik əlavə edib.
Aleksandr Kovalenko bildirib ki, işğalçı ölkənin nümayəndəsini Kiyevə dəvət edərkən ondan məhz öz maraqlarına uyğun hər hansı hiylə gözləmək lazım idi.
"Qarabağ Azərbaycandır. Necə ki, Krım Ukraynadır. Bu isə 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir", – deyə hərbi ekspert vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ