"Qarabağ" birdən-birə UEFA çempionu olsun?!"
"Liverpulda sadəcə "Qarabağ"ın oyunu alınmadı".
KONKRET.az bildirir ki, bu sözləri "Yeni Sabah"a Milli Məclis üzvü Aqil Abbas deyib.
"Qarabağ"ın azarkeşi olan deputatın sözlərinə görə, Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması Ağdam klubu üçün yüksək nailiyyətdir:
""Liverpul" Çempionlar Liqasının 6 qat qalibidir. Böyük azarkeş kütləsi var. Çox xoş oldu ki, "Qarabağ"ın da azarkeşləri komandamızı 90 dəqiqə ərzində meydanda tək qoymadı. Bu futboldur, oyun bəzən alınır, bəzən yox. Biz isə istəyirik ki, "Qarabağ" birdən-birə gəlsin UEFA çempionu olsun. Futbolda yavaş-yavaş inkişaf edirik. Təmsilçimiz pley-off mərhələsinə keçdi. Bu, böyük nailiyyətdir. Bizə uğurlar arzulamaq qalır, vəssalam".
Deputat vurğulayıb ki, "Qarabağ" istənilən rəqibi məğlub etmək əzmindədir:
"Qarabağ" üçün çətin rəqib yoxdur. Təmsilçimizin oyunu alındıqdan sonra, qarşısında heç kəs dura bilməz. Dünən isə oyun alınmadı".
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda "Qarabağ" "Liverpul" klubuna böyük hesabla (6-0) məğlub olsa da, turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. Komanda 22-ci pillədə qərarlaşıb və son 24 komanda arasında qalıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA