Qarabağ bu azarkeşlərə bilet satmayacaq - ŞOK SƏBƏB
UEFA Bolqarıstanın ÇSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb. Bu səbəbdən "Qarabağ"la səfər matçına bilet satışı dayandırılıb.
KONKRET.az Qol.az-a istinadla xəbər verir ki, buna səbəb Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Derri Siti" ilə matç zamanı yaşanan insidentlər olub. Həmin oyunda ÇSKA azarkeşləri ilə rəqib fanatlar arasında insident baş verib, nəticədə oyun dayandırılmalı olub.
Klubun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, UEFA intizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı Bakıda keçiriləcək oyuna ÇSKA azarkeşləri üçün bilet satılmamasını tövsiyə edib.
Buna baxmayaraq, Sofiya təmsilçisi azarkeşlərin iyulun 23-də keçiriləcək qarşılaşmada iştirak edə bilməsi üçün bütün imkanlardan istifadə edəcəyini vurğulayıb.
"Klubumuz UEFA qarşısında baş verən hadisələrlə, həmçinin "Derri" klubunun və Şimali İrlandiya hakimiyyətinin təhlükəsizlik tədbirləri və oyunun təşkili ilə bağlı fəaliyyətləri barədə bütün arqumentlərini təqdim edəcək", – deyə açıqlamada qeyd olunub.
ÇSKA eyni zamanda azarkeşlərini təmkinli olmağa çağırıb, aqressiv davranışları, xuliqanlıq, irqçi və ayrı-seçkilik xarakterli hərəkətləri qəti şəkildə pislədiyini bildirib.
Qeyd edək ki, "Qarabağ" – ÇSKA matçı iyulun 23-də Bakıda keçiriləcək.
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA