"Qarabağ" bu futbolçusu üçün 2,5 milyon manatlıq təklifi rədd etdi
Brazilyanın "Botafoqo" klubu Azərbaycan təmsilçisi "Qarabağ"da çıxış edən 25 yaşlı Pedro Bikalyonu transfer etmək istəyib.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Braziliyanın "Globo" nəşri yazıb.
"Botafogo" "Qarabağ"a 1,5 milyon ABŞ dolları (təxminən 2,5 milyon manat) olub. Lakin Azərbaycan klubu bu məbləği qəbul etməyib. Ötən transfer pəncərəsində də "Qarabağ" Rusiyanın "Rubin Kazan" klubunun Pedro Bikalyo üçün təklif etdiyi 2,5 milyon dolları (təxminən 4,2 milyon manat) rədd etmişdi.
Nəşr qeyd edir ki, "Botafqo" yarımmüdafiəçi Dominqos Andradeni heyətinə qatdıqdan sonra Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcək və təklifini israrla davam etdirməyəcək.
Pedro Bikalyo Brazilyanın "Kruzeyro" klubunun akademiyasında yetişib və 2020-ci ildə klubun əsas komandasında debüt edib. O, həmin mövsüm altı oyunda iştirak edib. Daha sonra "Palmeyras"a keçən futbolçu 20 yaşında 2022-ci ildə komandanın "Kopinya" turnirində tarixdə ilk çempionluğunu qazanmasına kömək edib. Yarımmüdafiəçi "Palmeyras"ın əsas komandasında da doqquz oyuna çıxıb. Daha sonra Braziliyanı tərk edərək Portuqaliyanın "Santa Klara" klubuna keçib. Ardınca "Vitoriya" və Portuqaliyanın "Alverka" klublarında çıxış edib. 2025-ci ilin iyununda isə "Qarabağ"a birdəfəlik transfer olunub.
"Botafoqo" 2025-ci ilin sonunda da Pedro Bikalyo ilə müqavilə imzalamağa çalışmışdı, lakin "Qarabağ"la aparılan danışıqlar nəticə verməmişdi.
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA