"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb "Dinamo"su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib.
Qarşılaşmada "Dinamo" 2:0 hesabı ilə qalib gəlib. Bu komadalar arasında ilk matçda Zaqreb klubu 3:0 hesablı qələbə qazanmışdı.
Nəticədə "Qarabağ" ümumilikdə 0:5 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi yoluna Avropa Liqasının liqa mərhələsində davam edəcək. Qurban Qurbanovun komandası ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində iştirak edəcək.
Qeyd edək ki, bu, Ağdam klubunun ÇL-in pley-off mərhələsində 3-cü iştirakı olub. 2017/18 mövsümündə komanda qrup mərhələsinə düşə bilib. "Qarabağ" 2022/23 mövsümündə isə pley-off mərhələsini adlaya bilməyib.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?