"Qarabağ" darmadağınla liderliyini möhkəmləndirdi - VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub.
Publika.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
Beş qolun vurulduğu oyunda ağdamlılar 4:1 hesablı qələbə qazanıblar.
Görüşdə hesabı ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Abdullah Zubir açıb.
İlk hissəni qolla qapayan Qurban Qurbanovun yetirmələri ikinci hissəsni də qolla açıblar. Bu dəfə qonaqların müdafiəçisi Cəmaləddin Xocaniyazov topu öz qapısından keçirib.
59-cu dəqiqədə Əli Qurbani hesab arasındakı fərqi mimimuma endirib. 71-ci dəqiqəda Zubir dubl edib. 7 dəqiqə sonra isə Filip Ozobiç oyunda son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 46-ya çatdıran "Qarabağ" zirvədə bir qədər də möhkəmlənib. Komandanı ikinci sıradakı "Neftçi"dən 3 xal ayırır. "Sumqayıt" isə 29 xalla 4-cü pillədə qalıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb