"Qarabağ əldən getdi, növbə səkkiz kəndindir" - Tiqran Abramyan
Ermənistan baş nazirinin Qranadada ölkəmizin ərazi bütövlüyünü tanımaq haqqında bəyanata imza atması işğal altındakı Azərbaycan anklavlarının tezliklə qaytarılmasını sürətləndirəcək. Ermənistanın siyasi dairələrində də bunu anlayır və Paşinyanın həmin bəyanata imza atmasını ciddi tənqid edirlər. Baş nazirin bu addımını növbəti səhv kimi dəyərləndirən erməni siyasi ekspertlər Qranada sammitinin erməni dövlətçiliyinə ciddi zərbə vurduğunu bildirirlər.
KONKRET.az xəbər verir ki, Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bildirib ki, hökumət danışıqlar aparmağa, erməni maraqlarını təmsil etməyə hazır deyil:
"Bu hakimiyyətlərin işində hansı manevrlərdən danışırıq? Hökumət özü manevr imkanlarını bağlayıb. Müxtəlif beynəlxalq platformalarda çıxış edərək yalnız birtərəfli güzəştlərdən, razılaşmalardan danışırdılar. Bununla da Ermənistan dövlətçiliyi təhlükə ilə üz-üzədir. Hakimiyyət ictimaiyyəti inandırmağa çalışır ki, anklav statuslu 8 kənd təhvil verilməlidir. Bəli, bununla da hakimiyyət anklavların təhvil verilməsinə nail olmağa çalışır və bunun müqabilində sülh vəd edir. Hakimiyyətin bunu saxta xəbər adlandırması ilə bağlı müşahidənizə müraciət edərək demək istərdim ki, bu hakimiyyətin lideri bir neçə ay əvvəl Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Nikolun tanıdığı ərazilərə Qarabağ və anklavlar da daxildir. Artıq Qarabağ əldən getdi, növbə səkkiz kəndindir".
Vəli Həsənov
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ