"Qarabağ" istədiyi ulduza görə Avropa klubundan cavab aldı
Cebrail Makreçkisi "Qarabağ"a satan "Ferentsvaroş" Nabi Keyta ilə bağlı yekun qərarını verib.
KONKRET.az xəbər verir ki, Macarıstan nəhəngi qvineyalı ulduzunu "köhlən atlar"a satmaqdan imtina edib.
Premyer Liqamızın gümüş medalçısı 31 yaşlı mərkəz yarımmüdafiəçisi ilə bağlı danışıqlara başlamağa hazır olduğunu elan edib. Lakin macarlar onlarla müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olan afrikalını düşərgədə saxlamağı planlaşdırdıqlarını diqqətə çatdırıb.
Nabi Keyta 2025-ci ilin yayından "Ferentsvaroş"un sıralarındadır. Əsas heyətin dəyişilməz isminin transfer qiyməti 1,5 milyon avro olaraq göstərilir.
2012-ci ildən Qvineya yığmasına dəvət alan orta sahə oyunçusu daha çox "Liverpul"dakı çıxışı ilə məşhurdur.
Afrikalı ulduz 2018-2023-cü illər aralığında İngiltərə nəhənginin formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının, Çempionlar Liqasının, həmçinin digər nüfuzlu turnirlərin qalibi olub.
"Qarabağ" bu yay 8 transfer əməliyyatı həyata keçirib.
Zakaria Savo ("Aris" Kipr), Jali Muaddib ("Omoniya Aradippou", Kipr), Samuel Lobato ("Portimonense", Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ("Pari Nijni Novqorod", Rusiya), Bense Varkonyi ("Zalaeqerseq", Macarıstan) və Cebrail Makreçkis ("Ferentsvaroş", Macarıstan) komandanın sıralarına qoşulub. (sportinfo.az)


Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA