"Qarabağ" Kiprdə "Omoniya"nı MƏĞLUB ETDİ (YENİLƏNDİ)

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda II turda Kiprdə "Omoniya"nın qonağı olub. Nikosiyadakı GSP stadionunda oynanılan və şotlandiyalı FIFA referisi Bobbi Maddenin idarə etdiyi görüş "köhlən atlar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı hücumlarla başlayan oyunda ən real qol vəziyyəti 22-ci dəqiqəyə təsadüf edib. Əvvəlcə Ağdam təmsilçisinin heyətində Abdullah Zubirin zərbəsini qapıçı çətinliklə dəf edib, ardınca isə Toral Bayramovun iti cinah ötürməsindən sonra "Omoniya"nın müdafiəçisi Adam Lonq az qala avtoqol müəllifi olacaqdı. Onun topa tərs toxunuşundan sonra qapı dirəyi hesabın açılmasına mane olub. Meydan sahiblərinin buna cavabı kifayət qədər təhlükəli olub. Lakin Kevin Medina son anda rəqib oyunçunun fərqlənməsinə imkan verməyib. Oyunda hesab 40-cı dəqiqədə açılıb. Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks standart vəziyyət zamanı topu başla qapıdan keçirib. İlk hissə "Omoniya"nın minimal hesablı üstünlüyü ilə yekunlaşıb.
Fasilədən sonra təzyiqi artıran "Qarabağ" bunun bəhrəsini 52-ci dəqiqədə görüb. Sol cinahda topu qəbul edən Kadi Borges uzaq məsafədən qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Bundan sonra stadionda qalmaqal yaşanıb. Braziliyalı yarımmüdafiəçi qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu yerli azarkeşlər meydana su şüşələri atıblar. Az sonra meydanda yenidən gərginlik baş verib. Zubir özünə qarşı kobudluqdan sonra Takis Zaxariuya etirazını bildirib. O isə öz növbəsində "Qarabağ"ın futbolçusuna sərt reaksiya verib. Nəticədə referi Zaxariunu sarı vərəqə ilə cəzalandırıb. 73-cü dəqiqədə isə "köhlən atlar" 2-ci topu "Omoniya"nın qapısından keçirib. Meydana ikinci hissədə İbrahima Vadjinin yerinə daxil olan Ramil Şeydayev adını tabloya yazdırıb. Ardınca "Qarabağ"ın kapitanı Maksim Medvedev fərqlənib. Cərimə meydançasında əllə oyundan sonra penaltidən qol vuran müdafiəçi komandasının üstünlüyünü artırıb. Matçda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges qoyub.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran "Qarabağ" İsveçrə "Bazel" ilə birlikdə 1-2-ci yerləri bölüşdürür. Yeri gəlmişkən, H qrupunun digər matçında "Bazel" evdə Qazaxıstan "Kayrat"ını 4:2 hesabı ilə məğlub edib.
xxx
00:38
"Qarabağ" Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda 3-cü qolu vurub.
Publika.az xəbər verir ki, 79-cu dəqiqədə penaltidən fərqlənən Maksim Medvedev komandasının üstünlüyünü 2 topa çatdırıb.
xxx
00:32
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab dəyişib.
Publika.az xəbər verir ki, ikinci hissədə meydana daxil olan Ramil Şeydayev 73-cü dəqiqədə Ağdam klubunu önə keçirib.
xxx
00:11
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda hesab bərabərləşib.
Publika.az xəbər verir ki, 52-ci dəqiqədə Ağdam klubunun heyətində Kadi Borges baxımlı zərbə ilə tarazlığı bərpa edib.
xxx
00:05
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarıdan sonra Ağdam klubu rəqibinə uduzur - 0:1.
xxx
23:48
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Ağdam klubu fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb.
xxx
23:40
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, 40-cı dəqiqədə Nikosiya təmsilçisinin heyətində Yan Letsyaks hesabı açıb.
xxx
23:00
Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup oyunu start götürüb.
Publika.az xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü şotlandiyalı FIFA referisi Bobbi Madden idarə edir.

İdman       Tarix: 01 oktyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qarabağ" - ÇSKA oyununun biletləri satışda - QİYMƏTLƏR

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb. xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbua

UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək

Bu axşam UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti sınağına çıxacaq. milliaz-a istinadən xəbər verir ki,  Ağdam klubu doğma meydand

"Real Madrid" daha bir dünya çempionunu transfer edir

"Real Madrid" rəhbərliyi klubun heyətini gücləndirməyə davam edir. -a istinadən bildirir ki, madridlilər heyətə daha bir dünya çempionunu gətirməyə çalışacaq. ​İspaniyalı yarımmüdafiəçi Rodri "Mançester Siti"

İngiltərə 60 il sonra medal qazandı - Bu gün İspaniya - Argentina finalıdır

DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib. xəbər verir ki, bürünc medal uğrunda oyunda Fransa və İngiltərə milliləri üz-üzə gəlib. Qarşılaşma ABŞ-ın Mayami şəhərində yerləşən "Mayami Stadium"da oynanılıb. Gərgi

Dünya Kubokunun zirvə savaşı: İspaniya "divarı", yoxsa Messi "sehirbazlığı"?

2026 FIFA Dünya Kubokunda həyəcan zirvəyə çatıb! ABŞ-da keçirilən möhtəşəm turnirin finalında müdafiəsi ilə seçilən məğlubedilməz İspaniya ilə Lionel Messinin liderlik etdiyi hücum gücü yüksək Argentina Nyu-Cersidə yerləşən

DÇ-2026: İngiltərə Argentina ilə qarşılaşacaq

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq. bildirir ki, yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxt

65 saniyəyə uduzan Makqreqordan çağırış

Mütləq Döyüş Çempionatının (UFC) sabiq çempionu, irlandiyalı idmançı Konor Makqreqor ABŞ-li Maks Holloueylə baş tutan qarşılaşmasının ləğv edilərək baş tutmamış hesab olunması üçün çağırış edib. xəbər verir ki, döyüşçü b

UEFA Konfrans Liqası: "Neftçi" mübarizəyə başlayır

"Neftçi" UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. bildirir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək

DÇ-2026-nın final oyununu o idarə edəcək

Futbol üzrə dünya çempionatının final oyununu idarə edəcək hakim bəlli olub. xəbər verir ki, İspaniya – Argentina matçı sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırılıb. DÇ-2026-da Fransa və İngiltərə komandaları arasınd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər xabar az apa.az xeberler azerbaycanda son xeberler