"Qarabağ" liqaya düşərsə, mümkün rəqibləri kimlər olacaq?
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi təqdirdə bir sıra nəhəng klublarla qarşılaşa bilər.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçiləri arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl", "Tottenhem" və "Çelsi" klubları "Qarabağ"ın mümkün rəqibləri sırasındadır.
İtaliyadan "Napoli", "İnter", "Atalanta" və "Yuventus", İspaniyadan isə "Barselona", "Real Madrid", "Atletik Bilbao", "Atletiko Madrid" və "Vilyarreal" klubları Ağdam klubunun qarşılaşa biləcəyi komandalardandır.
Almaniya təmsilçiləri "Bavariya", "Bayer Leverkuzen", "Borussiya Dortmund" və "Ayntraxt Frankfurt", Fransadan isə PSJ, "Olimpik Marsel" və "Monako" da siyahıda yer alır.
Bundan əlavə, Niderlanddan "Ayaks" və PSV, Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Türkiyədən "Qalatasaray", Çexiyadan "Slaviya Praqa" və Yunanıstandan "Olimpiakos" da potensial rəqib ola bilər.
Həmçinin pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsində yer alacaq:
"Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan);
"Srvena Zvezda" (Serbiya) – "Pafos" (Kipr);
"Reyncers" (Şotlandiya) – "Brügge" (Belçika);
"Budyo Qlimt" (Norveç) – "Şturm Qraz" (Avstriya);
"Seltik" (Şotlandiya) – "Kayrat" (Qazaxıstan);
"Bazel" (İsveçrə) – "Kopenhagen" (Danimarka);
"Fənərbağça" (Türkiyə) – "Benfika" (Portuqaliya).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 28-də atılacaq. İlk turun oyunları 16-18 sentyabrda keçiriləcək.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib