"Qarabağ" "Liverpul"la oyunda tarixi anın şahidi olacaq
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki sonuncu rəqibi – İngiltərənin "Liverpul" klubu futbolçusu Endrü Robertsonla yollarını ayırmağa yaxındır.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi şotlandiyalı müdafiəçini "Tottenhem"ə satmağa razılaşıb.
London klubu da öz növbəsində 31 yaşlı oyunçu ilə müqaviləni razılaşdırıb.
Robertsonun "Liverpul" forması ilə son oyunu məhz "Qarabağ"a qarşı olacaq. "Qırmızılar"ın onun üçün bu matçda xüsusi banner hazırlayacağı gözlənilir.
Qeyd edək ki, Endrü Robertson 2017-ci ildən "Liverpul"un şərəfini qoruyur. O, ümumilikdə bu klubla 363 oyunda meydana çıxıb, 12 qol vurub və 63 məhsuldar ötürmə edib. Robertson "Liverpul"la iki dəfə İngiltərə Premyer Liqasını, 1 dəfə İngiltərə Kubokunu, iki dəfə İngiltərə Liqa Kubokunu, 1 dəfəİngiltərə Superkubokunu, 1 dəfə UEFA Çempionlar Liqasını, 1 dəfə UEFA Superkubokunu və 1 dəfə FIFA Klublararası Dünya Çempionatını qazanıb. Onun klubla müqaviləsinin müddəti iyunun 30-na qədərdir.
Xatırladaq ki, "Liverpul" – "Qarabağ" qarşılaşması yanvarın 28-də baş tutacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA