Qarabağ məsələsində investisiya imkanları: Prezidentin Bolqarıstan səfərinin PƏRDƏARXASI

Qarabağ məsələsində investisiya imkanları: Prezidentin Bolqarıstan səfərinin PƏRDƏARXASIAzərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri və bu ölkənin lideri Rumen Radev ilə görüşü dünyanın diqqət mərkəzindədir. Ümumiyyətlə, Əliyevin tez-tez xarici ölkələrə səfərlər etməsi, tərəfdaş dövlətlərlə bir sıra beynəlxalq əhəmiyyətli müqavilələr imzalaması xarici siyasətimizə çox böyük töhfələr verir. Bu baxımdan Bolqarıstan səfəri də istisna deyil. Bəs görəsən, Bolqarıstan səfəri bizə hansı dividentlər qazandırır? 
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılovun sözlərinə görə, Prezident İlham Əliyev demək olar hər həftə dünyanın nüfuzlu ölkələrinə səfərlər edir: "Bu səfərlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirir. Ölkəmizin iqtisadi imkanları Qərbin enerji təhlükəizliyinə danılmaz töhfələr bəxş edir. Prezidentin Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasından sonra çıxışlarında Azərbaycanın dünya enerji siyasətindəki yüksək mövqeləri haqqında açıqlamalarının xüsusi əhəmiyyəti var. Azərbaycan 27 ildən çoxdur ki, Avropanın etibarlı xam neft tədarükçüsüdür. Bu illər ərzində ölkəmiz əldə edilən razılaşmaların yerinə yetirilməsinə tam əməl edib. Nəticədə ölkəmiz alternativ enerji məhsullarında da öz potensialı ilə böyük perspektivlər vəd edir. Həmçinin Azərbaycan ənənəvi enerji məhsullarından ziyadə perspektivi ilə də diqqət çəkir. Eyni zamanda Prezident Bolqarıstanda Azərbaycanın bərpaolunan enerji məsələləri ilə bağlı da gücünü göstərdi. Qeyd etdi ki, üç önəmli enerji infrastrukturu layihəsinin – biri Xəzər dənizindən Aralıq dənizinə, digəri isə Xəzər dənizindən Qara dənizə olmaqla iki neft kəmərinin və 3 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizi layihəsinin uğurla tamamlanmasından sonra  Azərbaycanın alternativ enerji istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində işlər aparılır. Alternativ enerji sahəsində aparıcı beynəlxalq şirkətlər 25 geqavatdan çox alternativ enerji istehsalı üçün Azərbaycanla müqavilələr və anlaşma memorandumları imzalayıblar. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Azərbaycanda alternativ enerjisinin proqnozlaşdırılan potensialı Xəzərin Azərbaycan sektorunda 157 geqavat olmaqla ümumilikdə təxminən 200 geqavatdır. Qərb hazırda Azərbaycanın "yaşıl enerji" potensialına xüsusi önəm verir".
Qarabağ məsələsində investisiya imkanları: Prezidentin Bolqarıstan səfərinin PƏRDƏARXASIEkspert bildirib ki, dünya siyasətinin vacib siyasi liderləri açıq formada İlham Əliyevə olan rəğbətlərini bildirirlər: "Dəfələrlə Avropa liderləri İlham Əliyevin siyasi xəttinə heyranlığını bəyan ediblər. Həm Bolqarıstanın prezidenti, həm Aİ komissarı, həm də digər iştirakçılar Azərbaycanın etibarlı enerji tərəfdaşı olduqlarını vurğulayıblar. Bununla yanaşı, bizim siyasi mövqelərimiz daha da möhkəmlənir. Qarabağ məsələsində əlavə investisiya imkanları da yüksəlir. Azərbaycan Avropanın enerji mənbələrinin diversifikasiyasında və enerji təhlükəsizliyinin təmin olunmasında qızıl nöqtəni təmsil edir. Qərbin enerji böhranları baş verməyə davam edir, belə həssas dövrdə Azərbaycan Avropa üçün daha mühüm situasiyaya malikdir. SOCAR ilə Bolqarıstanın "Bulgartransgaz", Rumıniyanın "Transgaz", Macarıstanın "FGSZ" və Slovakiyanın "Eustream" şirkətləri arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumunun imzalanması dünya əhəmiyyətli layihədir. Bu layihənin qlobal kontenstdə töhfələri də danılmazdır. Əldə edilən iqtisadi dividentlər davamlı olacaq və hər ölkəyə kömək edəcək. Yanvar-may aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 9 milyard 613,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 milyard 943,6 milyon dollar çoxdur. Beş ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 797,4 milyon dollara yaxın olub. Bu layihələr isə Azərbaycanın Qərblə əlaqələrində vacib həlqəni formalaşdıracaq".
Politoloqun sözlərinə görə, İmzalanma mərasimində səsləndirilmiş fikirlər bir daha göstərdi ki, Azərbaycan Avropanın əhəmiyyətli və etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib: "Bu gün də Avropanın enerji bazarında Azərbaycan qazına tələbat durmadan artır. Təsadüfi deyil ki, Həmrəylik həlqəsinin reallaşmasında ölkəmiz xüsusi həlledici rol oynayır. Həmrəylik həlqəsi ilə bağlı atılan addımlar, TAP layihəsindən sonra, prezident İlham Əliyevin apardığı enerji siyasətinin yeni bir səhifəsi deməkdir. Əgər TAP vasitəsilə Azərbaycan qazı Yunanıstan üzərindən keçməklə İtaliyanı əhatə edirdisə, bu yeni layihələrin icrası ilə Azərbaycan 10-dan artıq Avropa ölkəsininenerji təminatına tövhə verəcək. Həmrəylik həlqəsinin icrası, Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələri yeni mərhələyə daşımaqla yanaşı, Azərbaycan – Balkan ölkələri ilə münasibətlərində də yeni səhifə açmaqdadır. Azərbaycan postpandemiya dövründə Orta Asiyadan Ərəb coğrafiyasına, Qərbdən Şərqə doğru ən vacib tərəfdaşdır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 25 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər futbol xeberleri cebheden xeber sonxeberler