Qarabağ müharibəsindən sonra bölgə ölkələrində vəziyyət necədir? - Rusiyalı ekspertdən ŞƏRH
Qarabağ müharibəsindən sonra bölgə ölkələrində vəziyyət necədir? - Rusiyalı ekspertdən ŞƏRH
"Azərbaycan verilən tapşırıqları dəqiq yerinə yetirə biləcək güclü orduya sahib olduğunu göstərərək, reytinqini artırdı. Ümumiyyətlə, Azərbaycan ərazi bütövlüyü ilə bağlı problemləri beynəlxalq hüquq çərçivəsində həll edə bildi. Daxili məqam da var: Prezident İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin dəstəyi daha da gücləndi".
Bu fikirləri Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə bölgədəki hazırkı vəziyyəti Media.az-a şərh edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanda siyasi və iqtisadi islahatlara, əhalinin həyat səviyyəsini yüksəltməyə və gələcək illər üçün inkişaf vektorunu təyin etməyə imkan verən daha böyük manevr sahəsi meydana çıxıb:
"Yəni, Azərbaycan erməni tərəfinin təxribatlarına baxmayaraq, qalib gəldiyi müharibədən maksimum dərəcədə faydalanır".
Sadıqzadənın fikrincə, Ermənistanda isə qeyri-sabitlik dərinləşmə mərhələsindədir:
"Müharibədən sonra erməni cəmiyyətində güclü qütbləşmə baş verdi. Əhali hakimiyyətin siyasətindən məyusdur, baxmayaraq ki, bu, indiki baş nazir Nikol Paşinyanın günahı deyil. Çünki mövcud böhranın əsası Ermənistanın müstəqillik günlərindən bəri qoyulub.
Azərbaycan ərazilərinin işğalı Ermənistan üçün həm beynəlxalq mövqelər baxımından, həm də ölkənin sosial-iqtisadi perspektivləri baxımından sərfəli deyildi. Yalnız İrəvanın Bakı ilə birbaşa və səmərəli dialoqa hazır olması sonrakı problemlərin qarşısını almağa imkan verəcək. Əks təqdirdə, Ermənistanda vətəndaş müharibəsi belə istisna edilmir. Bunun səbəbi isə yalnız müharibədə məğlubiyyət deyil, həm də getdikcə pisləşən iqtisadi vəziyyət olacaq".
Gürcüstana gəlincə, Sadıqzadə bildirib ki, burada vəziyyət tam birmənalı deyil. Onun sözlərinə görə, Tbilisi üçün müsbət məqamlar ölkənin Qarabağdakı müharibə və Azərbaycanın ərazi bütövlüyünün bərpası zamanı bitərəfliyi idi:
"Məhz bu səbəblərdən Tbilisi ilə İrəvan arasındakı münasibətlər çox da isti deyil".
Türkiyə və Rusiyanın birgə fəaliyyətindən bəhs edən Sadıqzadə onların öhdəliklərini yerinə yetirdiklərini bildirib:
"Demək olar ki, regional güclər olan Rusiya və Türkiyə misilsiz səviyyədə birgə fəaliyyət göstərdilər, hər kəsə sübut etdilər ki, danışıqlar aparmağı və öhdəliklərini yerinə yetirməyi bacarırlar. Qarabağ onlardan biri oldu. Moskvanın ətrafındakı bölgələrdə "sabitliyin qarantı" statusunu təsdiqləməsi vacib idi. Ankara münaqişənin həllinə müsbət töhfəsini və Azərbaycana xüsusi dəstəyini nümayiş etdirdi.
Əlavə məqam Azərbaycan xalqının yanında olan turk cəmiyyətinin birləşməsinin artmasıdır. Türkiyə üçün bir başqa bonus da müharibədə istifadə edilən Türkiyə texnologiyasıdır. Bu, dünyada Türkiyənin hərbi-sənaye kompleksinə marağı artırdı". /oxu.az

Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü