"Qarabağ" "Qəbələ"yə, "Araz-Naxçıvan" "Sumqayıt"a qarşı
Misli Premyer Liqasının 31-ci turu davam edir.
KONKRET.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Günün ilk matçında "Qəbələ" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam klubu 62 xalla 2-ci, "qırmızı-qaralar" isə 20 xalla 11-cidir.
İlk iki dövrədə bu komandaların oyunlarında sevinən tərəf "Qarabağ" olub. Ağdam klubu ilk dövrədə 2:0, daha sonra isə 2:1 hesabı ilə qalib gəlib.
İkinci qarşılaşmada isə "Sumqayıt" "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Sona 3 tur qalmış Naxçıvan təmsilçisi 40 xalla 6-cı, "Sumqayıt" isə 38 xalla 7-ci pillədə qərarlaşıb.
Cari mövsüm bu komandalar arasında keçirilən matçlarda tərəflər hərəyə bir qələbə qazanıblar. "Sumqayıt" rəqibini 3:2, "Araz-Naxçıvan" isə 1:0 hesabı ilə məğlub edib.
9 may
17:00. "Qəbələ" – "Qarabağ"
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
19:30. "Sumqayıt" – "Araz-Naxçıvan"
Baş hakim: Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
10 may
17:00. "Turan Tovuz" – "Karvan-Yevlax"
19:30. "Neftçi" – "Şamaxı"
8 may
"İmişli" – "Zirə" – 0:0
"Sabah" – "Kəpəz" – 0:1
Bombardirlər:
Coy Lens Mikels ("Sabah") – 19 qol
Bassalu Sambu ("Neftçi") – 11 qol
Velko Şimiç ("Sabah") – 11 qol
Emin Mahmudov ("Neftçi") – 10 qol
Joarlem Santos ("Turan Tovuz") – 10 qol
Karim Rossi ("Şamaxı") – 9 qol
Leandro Andrade ("Qarabağ") – 9 qol

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA