"Qarabağ" üçün həyəcanlı son saatlar - Qurbanov bunu da bacaracaqmı?

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsi çərçivəsində Xorvatiya nəhəngi "Dinamo Zaqreb"i qəbul edəcək.
Bir həftə əvvəl səfərdə keçirilən matçda komandamız qapısından 3 cavabsız top buraxmışdı. Açığı, matçı izləyən hər kəs nəticənin oyuna görə olmadığını təsdiq edər. Qarşılşma ərzində hücum edən "Qarabağ", qələbə qazanan isə rəqib oldu. Tarixdə isə nəticə qalır. Düzdür, hələ heç nə bitməyib. Ağdam klubunun səfərdəki çıxışı bu gün axşama nikbin baxmağa imkan verir.
"Köhlən atlılar"ın baş məşqçisi Qurban Qurban da komandasına inanır. Mütəxəssis dünən keçirilən mətbuat konfransında olduqca inamlı danışaraq, azarkeşləri daha da ümidləndirib. Komanda dəfələrlə ilk oyunda məğlub olsa da, cavab matçlarında qələbə qazanmağı bacarıb. Lakin bir məqamı qeyd etmək yerinə düşər ki, "Dinamo Zaqreb" təmsilçimizin indiyə qədər qarşılşdığı ən təcrübəli komandalardandır. Odur ki, cütün taleyi mimimum 90, maksimum isə 120 dəqiqədə və ya oyunsonrası penaltilər seriyasında həll oluna bilər.
Komandamızın heyətinə nəzər salsaq, Marko Yankoviçin Qurban Qurbanovun sərəncamına verildiyini görərik. Bundan başqa, Julio Romao da Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə cavab matçında meydana çıxa biləcək. Romao mövsümdə 3-cü sarı vərəqəni alsa da, UEFA-nın yeni qaydalarına əsasən Zaqreb klubu ilə cavab matçında cəzalı durumda olmayacaq. Yeni qaydaya görə, iki təsnifat mərhələsindən sonra oyunçunun aldığı sarı vərəqənin biri silinir. "Çərçivə"ni isə kimin qoruyacağı bəlli deyil. Belə ki, "Qarabağ"ın heyətində Şahruddin Məhəmmədəliyevlə yanaşı, əlcək sahibləri Fabian Buntiç və Mateuş Koxalski də var.
Xülasə, oyunun start fitinin səslənməsinə saatlar qalıb. Uşaqdan-böyüyə hər kəs "Qarabağ"dan qələbə gözləyir. Düzdür, hər kəs təmsilçimizin bir nömrəli klub turnirində mübarizə aparmasını arzulayır. Ancaq mümkün məğlubiyyət fonunda da heyfislənməyə ehtiyac yoxdur. Bu zaman komandamız mübarizəni Avropa Liqasında davam etdirəcək ki, sözügedən turnirin bizim üçün nə qədər uğurlu və doğma olduğundan bəhs etməyə ehtiyac yoxdur.
Məlik Məlikov,
KONKRET.az

İdman       Tarix: 28 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır. KONKRET.azxəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar xabarlar xankendi son xeber az