Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıb

Qarabağ Universitetinin rektoru təhsil ocağının əsas prioritetlərini açıqlayıbQarabağ Universitetində ölkəmizin hərtərəfli inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssis hazırlığı həyata keçiriləcək. Bu baxımdan, bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda hazırlanmışdır. Universitetin məqsədi tələbələrin ixtisasları üzrə zəruri kompetensiyalara yiyələnməsini təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirməkdir.
azxeber.com xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.
O bildirib ki, qarşıya qoyulan əsas vəzifələrdən biri ən müasir universitet idarəetmə modelinin tətbiq edilməsidir:
"Qarabağ Universiteti tələbə-əsaslı universitet konsepti əsasında qurulur. Başqa sözlə, Qarabağ Universitetində tədris prosesi və akademik mühit müasir Azərbaycan gəncinin arzu, istək və maraqlarına uyğun şəkildə formalaşdırılır. Tələbələrin Ulu Öndərimizin ideyalarına sadiq, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ və innovativ düşüncəli olması əsas məqsədlərdəndir. Bununla yanaşı, tələbələrin texnoloji, xarici dil, tədqiqat, startap, sahibkarlıq, kommunikasiya və digər yumşaq bacarıqlarının yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.
Qarabağ Universitetində tələbələrə onların hərtərəfli inkişafını dəstəkləyəcək maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təmin edilir. Əsas məram müasir Azərbaycan gəncini xoşbəxt etmək üçün bütün imkanların mövcud olduğu universitet yaratmaqdır".
Rektor qeyd edib ki, Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelində qurulur. Belə ki, universitetin müasir infrastrukturu, laboratoriya bazası və yüksək akademik potensialı Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına real töhfələr verə biləcək elmi-tədqiqat nəticələrinin əldə olunmasına imkan yaradacaqdır. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə ev sahibliyi etməsinə, professor-müəllim və tələbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə təmsil olunmasına xüsusi önəm veriləcəkdir.
"Qarabağ Universiteti təhsil, tədqiqat və sosial xidmətləri ilə Qarabağın bərpası, işğaldan azad olunmuş torpaqlarda həyatın canlanması, sosial-iqtisadi və mədəni landşaftın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks və sistemli fəaliyyətlərə töhfə verəcəkdir.
Bununla yanaşı, ölkənin və regionun əmək bazarının tələbləri nəzərə alınaraq universitetdə kadr hazırlığı istiqamətləri genişləndiriləcəkdir. Qarabağın müxtəlif ərazilərində ali təhsil xidmətlərinin göstərilməsini təmin etməklə universitet şəhər və rayonlar arasında birləşdirici mövqeyini gücləndirəcək.
Ölkə başçısının qeyd etdiyi kimi, "Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər".
Beləliklə, dövlətin yüksək diqqət və qayğısı sayəsində müasir tələblər səviyyəsində qurulan Qarabağ Universiteti ortamüddətli perspektivdə regional ekosistemin drayveri olmaq, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana çevrilmək və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarı qismində çıxış etmək imkanlarına sahib olacaqdır.
Qısa bir zamanda, Qarabağ Universiteti ölkəmizin əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcək", - rektor əlavə edib.

Sosial       Tarix: 29 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler bugun sonxeber.az