Qarabağa avtobus reyslərinə aprel ayı üçün biletlər nə vaxt satışa çıxarılacaq?
Martın 27-si, saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılacaq.
AZXEBER COM bu barədə AYNA-ya istinadən xəbər verir.
Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 691 reys həyata keçirilib, 28 227 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR