Qarabağa köçəcək şəxslərə şad xəbər - 3 il ərzində
Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi davam edir. İyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan" çəhərciyindən növbəti köç karvanı yola salınıb.
azxeber.com "APA"ya istinadən xəbər verir ki, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 48 nəfər – 10 ailə yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinın həcmi nəzərə alınıb. Köçürülənlər arasında 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin hər birinin sakinləri vardır.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var