"Qarabağ"a qarşı qərəzli qərarlar verən hakim kimdir? - FOTOLAR
Xəbər verdiyimiz kimi, dünən baş tutan "Qarabağ" – "Ayntraxt" qarşılaşması baş hakim Sandro Şererin qərəzli qərarları ilə diqqət çəkib. Belə ki, oyunun 74-cü dəqiqəsində "Qarabağ"ın futbolçusu Kamilo Duran cərimə meydançasında rəqib futbolçunun müdaxiləsi ilə yerdə qalıb.
Lakin hakim "Ayntraxt"ın qapısına penalti təyin etməyib.
Epizoddan cəmi 2 dəqiqə sonra, oxşar vəziyyətdə rəqib futbolçu cərimə meydançasında yıxıldıqda isə Şerer heç bir tərəddüd etmədən "Qarabağ"ın qapısına penalti təyin edib.
Doğrudur, bu cür qərarlara baxmayaraq "Qarabağ" rəqib üzərində əzmkar qələbə qazandı. Ancaq hakimim qərəzli yanaşması diqqətdən kənarda qala bilməz.
Sandro Şerer kimdir?
KONKRET.az bizim.media-ya istinadən xəbər verir ki, isveçrəli hakim Sandro Şerer 1988-ci ildə anadan olub. O, 2015-ci ildən bəri FİFA referisidir. İsveçrəli hakim 2017-ci ildən bəri beynəlxalq oyunları idarə edir.
"Qarabağ"ın dünənki oyununda baş verənlər Şererin ilk qərəzli, yanlış qərarı deyil. O, 2021-ci ildə baş tutan "Galatasaray" – "Lokomativ Moskva" matçında daha kobud səhvlə yadda qalıb. Şerer "Lokomotiv"in futbolçusuna 2 dəfə sarı kart göstərsə də, qırmızı kart çıxarmayıb. Beləcə Rusiya təmsilçisinin futbolçusu Jviqlyadov 2 sarı kart almasına baxmayaraq, oyunda qalmağa davam edib.
Şerer 2022-ci ildə Çempionlar Liqasında baş tutan "İnter"-"Viktoriya Plzen" matçındakı qərarları ilə də tənqid hədəfinə tuş gəlib. Həmin vaxt İtaliya mediası Şereri sərt müdaxilələr edən futbolçuları cəzalandırmadığı üçün tənqid etmişdi.
2024-cü ildə "Portuqaliya" – "Gürcüstan" matçında Şererin Kriştino Ronaldo ilə mübahisəsi gündəm olmuşdu. Portuqaliyalı superulduz Gürcüstanın qapısına penalti təyin etmədiyi üçün hakimlə sərt mübahisə etmişdi.
Göründüyü kimi, Şererin ədalətsiz qərarlarının ilk hədəfi "Qarabağ" deyil. O daha əvvəl də oxşar yanlışları ilə futbol cameəsində tənqid hədəfinə çevrilib.
Qeyd edək ki, "Qarabağ" – "Ayntraxt" görüşü təmsilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda "Qarabağ" 10 xalla Çempionlar Liqasında 17-ci pillədə qərarlaşıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA