Qarabağa "Zəfər marşrutları" təşkil olunacaq
Qarabağa "Zəfər marşrutları" təşkil olunacaq
Dövlət Turizm Agentliyi "Zəfər marşrutları" konsepsiyası çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.
"Hazırda biz digər dövlət qurumları ilə birlikdə azad edilmiş ərazilərdə turizmin bərpası və inkişaf etdirilməsi, bölgənin yeni turizm destinasiyasına çevrilməsi planları üzərində işləyirik. Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir:.
Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etməyə xüsusi ehtiyac var.
Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zəngin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və "Zəfər marşrutları" konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır", - deyə o qeyd edib. /oxu.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir