Qarabağda erməni silahlılarının olması daimi qeyri-sabitlik, təxribat və diversiya mənbəyidir - Korotçenko
"Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin olması daimi qeyri-sabitlik, təxribat və diversiya mənbəyidir".
Bu barədə KONKRET.az-a açıqlamasında rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib. O, Qarabağda dünən baş verən hadisələrə münasibət bildirib.
Ekspert 2022-ci il noyabrın 10-dək Ermənistanın bütün qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun bölmələrinin tam tərkibdə Azərbaycanın Qarabağ bölgəsini tərk etməli olduğunu vurğulayıb.
"Mən bunu dəfələrlə demişəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində erməni qeyri-qanuni silahlı birləşmələrinin (QQD) olması daimi qeyri-sabitlik, təxribat və diversiya mənbəyidir. Bu qeyri-qanuni silahlı birləşmələr Nikol Paşinyanın imzası olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda açıq şəkildə nəzərdə tutulan, onların çıxarılması ilə bağlı öhdəliklərə zidd olaraq separatçıların nəzarətində olan ərazidə qalır.
Üstəlik, rəsmi İrəvanın bu yaxınlarda etiraf etdiyi kimi, qanunsuz silahlı birləşmələrlə yanaşı, Qarabağdakı separatçı rejim də Ermənistan silahlı qüvvələrinin şəxsi heyətləri tərəfindən əhatə olunub. Bununla da Azərbaycan ərazisində erməni işğalçı kontingentinin olması rəsmən təsdiqlənir. Yenə də Paşinyan Üçtərəfli Bəyanat üzrə öhdəliklərini pozur", – Korotçenko deyib.
Politoloq Azərbaycan Müdafiə Nazirliyinin cavab tədbirini düzgün hesab edib.
"Erməni silahlılarının növbəti təxribatı Azərbaycan Silahlı Qüvvələrinin hərbçisinin ölümünə səbəb olub. Buna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyi tamamilə təbii və qanunauyğun hərəkəti etdi.
İndi erməni separatçılarının bir sıra nümayəndələri "sülhməramlılar" adı altında regiona ABŞ və Fransa hərbi kontingentlərinin yeridilməsinə çağırışlar edirlər. Təbii ki, Rusiya və Azərbaycan buna imkan verməyəcək.
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin başlanmasından iki il ötür. Bu tarix Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycanın Qarabağ ərazisindən praktiki olaraq çıxarılmasının başlanması ilə əlamətdar olmalıdır. Elə bir hesablama ilə və elə templə olmalıdr ki, orada daha qeyri-qanuni silahlı birləşmələr qalmasın. Bu, çoxdan gözlənilən və davamlı sülhün nəhayət regiona gəlməsi üçün əsas şərtdir", – deyə Korotçenko fikrini yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?