"Qarabağda indiyə qədər heç kim acından ölməyib" - "Məqsəd diqqəti ərazilərdən silahlıların təmizlənməsindən yayındırmaqdır"

Qarabağ ətrafında baş verən hadisələr və kənar qüvvələrin məsələyə müdaxiləsi, eləcə də Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regionda sülhə təhlükə yaradır. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin reinteqrasiya prosesini ləngidir. Məsələ burasındadır ki, Ermənistanın Qarabağ ətrafında başlatdığı "humanitar fəlakət" şousu nəticəsiz qalıb və düşmən tərəf oyuna başqa ölkəni də cəlb edib. Ermənilərin "acından ölməsini" dünyaya car çəkənlər Azərbaycanın göndərdiyi humanitar yükü qəbul etməkdən imtina edirlər. Əvəzində Fransa Azərbaycanla razılaşdırılmadan Qarabağa humanitar yük göndərir. Nəticədə isə onlar yüklərini İrəvana qaytarmağa məcbur olublar.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Fransa göndərdiyi humanitar yardımın sərhəddən buraxılmayacağını bilirdi:
"Əgər Azərbaycan öz ərazilərinə humanitar yardımla girə bilmirsə, o zaman Ermənistan və ya Fransanın da bu ərazilərə girməsi mümkün deyil. Çünki həmin maşınların Azərbaycan ərazisinə girməsi bizimlə razılaşdırılmayıb. Heç bir viza və gömrük məsələləri həll olunmayıb. Belə olan halda Fransa maşınlarının geri qayıtması labüd idi".
Ekspert bildirib ki, Qarabağda indiyə kimi kimsə acından ölməyib:
"Orada humanitar böhran da yoxdur. Qarabağın bərəkətli torpaqları daim əhalini təmin edib. Odur ki, "humanitar yardım" adı altında həyata keçirilən işlər siyasi manipulyasiyadır. Bunlar diqqəti Azərbaycan ərazilərinin silahlılardan təmizlənməsi istiqamətindən "humanitar böhran" şousuna yönəltmək məqsədilə həyata keçirilən fəaliyyətdir. Bütün bunlara baxmayaraq, Azərbaycan paralel olaraq humanitar yardım təklif etməklə bərabər, erməni təxribatlarına da ciddi şəkildə cavab verəcək".
Ə.Verdiyev cəbhədə vəziyyətin gərginləşməsinə də diqqət çəkib:
"Düşmən ordumuza qarşı zərbə PUA-larından istifadə etməklə atəşkəsi pozub. Bir əsgərimiz də yaralanıb. Düşünürəm ki, bu təxribatların ağrılı və acılı nəticələri olacaq, Ermənistan da bunu yaxın saatlarda öz üzərində hiss edəcək".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 01 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda son xeber az az xeber ən son xəbərlər