Qarabağda Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? - DOSYE

Qarabağda Muradovu əvəz edəcəyi iddia olunan general kimdir? - DOSYEQarabağda sülhməramlı missiyanı icra edən Rusiya hərbi kontingentinin komandanı Rüstəm Muradovu, general-leytenant Aleksey Avdeyev əvəzləyə bilər.
Publika.az xəbər verir ki, Aleksey Yuryeviç Avdeyev 1967-ci ilin mayın 17-də Özbəkistan SSRİ-nin paytaxtı Daşkənd şəhərində anadan olub.
1984-cü ildə Sverdlovsk şəhərinin (Yekaterinburq) Suvorov Hərbi məktəbini, 1988-ci ildə isə V.İ.Lenin adına Daşkənd hərbi məktəbinin məzunudur. Hərbi məktəbi bitirdikdən sonra, 1988-1996-cı illərdə Şimali Qafqaz Hərbi Dairəsində müxtəlif vəzifələrdə xidmət aparıb.
1999-cu ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasını bitirib. 2008-ci ildə Rusiya Federasiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasında təhsilini uğurla başa vurub.
Buradakı təhsilini başa vuran Aleksey Avdeyev Sibir Hərbi Dairəsində motoatıcı diviziyaya komandir təyin olunub.
2012-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə 6-cı Ümumqoşun ordusunun qərargah rəisi – komandanın birinci müavini təyin edilib.
2012-ci ilin dekabrın 13-də Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Aleksey Avdeyevə general-mayor hərbi rütbəsi verilib.
2014-cü ilin iyulundan 2017-ci ilin aprelinə qədər 29-cu Ümumqoşun ordusunun komandanı olub.
2016-cı ilin iyunun 11-də general-leytenant hərbi rütbəsi alıb.
Aleksey Avdeyev 2018-2019-cu illərdə Rusiya Silahlı Qüvvələri Ümumqoşun Akademiyasının rəisi kimi xidmət göstərib. 2019-cu ildən bu günə qədər Cənub Hərbi Dairəsi komandanının müavini vəzifəsini icra edir.
"Vətən qarşısında xidmətlərinə görə" medalının üçüncü və dördüncü dərəcələri, "Jukov" ordeni, "Dostluq" ordeni, "Suvorov" medalı ilə təltif edilib. / Oxu.az

Dünya       Tarix: 13 may 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən son durum cəbhədən ən son xəbərlər xankendi