"Qarabağ"da qalmaq üçün şərtlərim… - Benzia
"Qarabağ"la müqaviləm başa çatır. Yeni mövsüm "Qarabağ"da qalacağam, ya yox, bilmirəm.
KONKRET.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yassin Benzia "CBC Sport"a açıqlamasında deyib.
"Bəlkə də sonuncu Azərbaycan çempionluğumdur. Ona görə fərqli hisslər yaşadığımı deyirəm. "Qarabağ"la danışıqlar gedir. Biz hələ də razılıq əldə etməmişik. Hər şey ola bilər. Bəzi klublar menecerimlə danışıq aparır. Adları çəkə bilmərəm. Bu mənim işim deyil. Mənim işim meydana çıxaraq hər matçda qələbə qazanmaqdır. Mövsümün sonunda qərar veriləcək. Hələ iki oyun qalıb. Tam fikrim bu oyunlara yönəlib", – Benzia bildirib.
"Qarabağ"da qalmaq üçün şərtlərim çoxdur. Bunu sizə açıqlaya bilmərəm. Bu, mən və klubum arasına olan məsələdir. "Qarabağ"ı çox sevirəm. Qurban Qurbanov formamı bərpa etməyim üçün mənə çox kömək etdi. "Qarabağ"da qalıb-qalmamağımdan asılı olmayaraq, bu klub hər zaman qəlbimdə qalacaq", – futbolçu əlavə edib.
Qeyd edək ki, Benzianın "Qarabağ"la müqavilə müddəti gələn ayın 30-da başa çatacaq.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?