Qarabağdakı erməni silahlı dəstələri tərk-silah edilir - Arutyunyan AÇIQLADI
Özünü hələ də qondarma "dqr prezidenti" adlandıran Araik Arutyunyan Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazisində qalan qanunsuz silahlı birləşmələri (onları müharibəyə qədər "dqr müdafiə ordusu" adlandırırdılar) buraxmağa hazırlaşır.
Publika.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Ermənistan parlamentində Qarabağdan olan erməni köçkünlərin problemlərinin müzakirəsi zamanı açıqlanıb. Müzakirələr parlamentin insan haqları və ictimai məsələlər üzrə daimi Komissiyası tərəfindən təşkil edilib. Araikin "dqr ordusunu" buraxmağa hazırlaşdığını isə özünü "Şuşadan qaçqın düşmüş erməni əhalisi" adlı QHT-nin şurasının üzvü kimi təqdim edən Aşot Arutyunyan çatdırıb.
"Mən ondan soruşdum: "kim sənə bu haqqı verib?", cavab verdi ki, "azərbaycanlılar tələb edir", - Aşot Arutyunyan deyib.
Xatırladaq ki, darmadağın edilmiş erməni ordusunun təxminən 10-15 minlik qalıqları 44 günlük müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının məsuliyyət zonasında qalıb. Bu qanunsuz silahlı birləşmələr bir neçə dəfə təxribatlar törədiblər, Azərbaycan tərəfi həmin dəstələrin tərk-silah edilməsini tələb edir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm