Qarabağdakı milyardlar, qardaşlıq mübahisəsi –Türkiyədəki qüvvələrə sərt mesaj
İki qardaş arasında gərginlik yaranıb və təəssüf ki, Türkiyənin iqtidar partiyasının bəzi nümayəndələri bu gərginliyi azaltmaq əvəzinə, xalqlarımız arasında nifaq toxumu səpmək üçün yarışa giriblər.
Yaranmış vəziyyət son dərəcə təəssüf doğurur. Görünür, bəzi vətəndaşlarımız baş verənlərin arxasında hansı siyasi, iqtisadi və ideoloji maraqların dayandığının hələ fərqində deyillər.
Məsələyə bir qədər üstüörtülü toxunum.
Nurçu-islamçı ideoloji çevrələrin müəyyən tezislər əsasında Azərbaycan dövlətini hədəfə alması, ölkəmizi ictimai müstəvidə aşağılamağa çalışması təsadüfi görünmür. Burada məqsəd yalnız hicab və ya məktəbli geyimi məsələsi deyil. Bu həssas mövzuların siyasi təzyiq vasitəsinə çevrilməsi daha böyük maraqların tərkib hissəsidir.
Görünən odur ki, Azərbaycandan iqtisadi güzəştlər qoparmaq üçün min fırıldağa əl atılıb. Hər şey ortadadır. Əcəba, Qarabağda fəaliyyət göstərən Türkiyə şirkətləri əldə etdikləri imkanlardan və qazandıqları gəlirlərdən sonra Azərbaycandan daha nə istəyirlər? Böyük layihələr, geniş iqtisadi imkanlar, milyardlarla ölçülən perspektivlər azdırmı? Bu sualların cavabını cəmiyyətimiz bilməlidir.
Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycan qardaş ölkəyə misilsiz dəstək göstərdi. Dövlətimiz, xalqımız, könüllülərimiz əlindən gələni etdilər. Qardaşlarımızın yaralarını sarımaq üçün səfərbər olduq, böyük fəlakətin nəticələrinin aradan qaldırılmasına töhfə verdik. Azərbaycan xalqının həmrəyliyi sözlə deyil, əməllə nümayiş olundu.
Bəs bu gün həmin fədakarlıqları bu qədər tez unutmaq nə dərəcədə ədalətlidir?
Qarabağda böyük iqtisadi imkanlar əldə edən Türkiyə şirkətlərindən soruşmaq istərdim: qazandığınız gəlirlərin müqabilində orada hansı məktəbi, hansı uşaq bağçasını xalqımıza töhfə olaraq inşa etmisiniz? Bəlkə, mən bilmirəm? Heç olmasa, Özbəkistanın nümayiş etdirdiyi nümunəvi qardaşlıq addımlarına nəzər salın.
Bəli, Türkiyə bizim qardaş ölkəmizdir. Bu qardaşlıq tariximizin, ortaq taleyimizin və çətin günlərdə bir-birimizə verdiyimiz dəstəyin nəticəsidir. Ancaq qardaşlıq heç kimə digərinin üzərində ağalıq etmək, ona yuxarıdan aşağı baxmaq və ya özünü böyük qardaş elan edərək siyasi göstərişlər vermək hüququ qazandırmır.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan öz gücünü, iradəsini və müstəqil dövlət olduğunu bütün dünyaya sübut edib. Türkiyənin bizə verdiyi dəstəyi danmırıq, unutmarıq da. Amma Azərbaycanın da Türkiyəyə etdiyi misilsiz yardımları və verdiyi töhfələri unutmaq olmaz. Bizə minnət qoymayın! Əsl qardaş öz qardaşına minnət qoymaz.
Bir məqamı da xüsusi vurğulamaq istəyirəm: bizim tənqidimiz Türkiyə dövlətinə və türk xalqına qarşı deyil. Mənim mövqeyim dini hissləri siyasi alətə çevirənlərədir.
Azərbaycan cəmiyyətində qarşıdurma yaratmağa çalışanlar və qardaşlıq münasibətlərindən birtərəfli siyasi divident əldə etmək istəyənlər, sizi rədd edirik. Və dönə-dönə bəyan edirik ki, Azərbaycanla Türkiyənin münasibətləri ayrı-ayrı siyasi qüvvələrin gündəlik maraqlarından qat-qat böyükdür.
Sosial şəbəkələrdə emosional şəkildə boy verənlər, unutmayın, Azərbaycanın müstəqilliyi və dövlətçilik prinsipləri qardaşlıqdan üstündür. Əgər bilmək istəyirsinizsə, həqiqi qardaşlığın sadə fəlsəfəsi var. Müstəqilliyimizə hörmət etmək, iradəmizə anlayışla yanaşmaq, ləyaqətimizi müzakirə mövzusuna çevirməmək. Bir zəhmət bərabərliyimizi qəbul edin, dini hissləri siyasi təzyiq vasitəsinə çevirməyin və heç bir hakimiyyətin cılız maraqlarını xalqlarımızın ortaq gələcəyindən üstün tutmayın.
Biz qardaşlığın, dostluğun, siyasi qarşılıqlı hörmətin nə olduğunu yaxşı bilirik. Bizə dərs verməyin. Yuxarıdan aşağı baxmaq qardaşa yaraşmaz. Yox əgər, üfunətli istəyinizdən əl çəkmək istəmirsinizsə, onda papağınızı qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin! Biz heç kimdən asılı olmayacağıq. Bizə heç kim diqtə edə bilməz. Qardaş qardaşa tən gərək, tən olmasa, gen gərək.
Fadil Paşayev,
Əməkdar jurnalist / konkret.az
Xidmetler [newsid: 0-123300]

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür