Qarabağdakı Rusiya sülhməramlıları yenə mandatdan kənara çıxır – ŞƏRH+FOTO

Qarabağdakı Rusiya sülhməramlıları yenə mandatdan kənara çıxır – ŞƏRH+FOTOQarabağdakı Rusiya sülhməramlıları yenə mandatdan kənara çıxır – ŞƏRH+FOTO
Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti deyəsən öz funksiya və məqsədlərindən kənara çıxdığını ya anlamır, ya da bilərəkdən ermənilərə simpatiyalarını ifadə edir.
Qarabağdakı Rusiya hərbçilərinin vəzifəsi işğaldan azad edilmiş ərazilər erməni silahlı birləşmələrindən tam təmizlənə qədər sülhməramlı əməliyyatları həyata keçirməkdir.
Ancaq gündən-günə cənab general Rüstəm Muradovun komandanlığı altında əmrləri icra edən sülhməramlı kontingent 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulan məqsədlərindən uzaqlaşır.
İndi də sülhməramlılar Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunan "Ailə tarixi-Zəfər tarixi" adlı aksiya keçirməyə başlayıblar.
Rusiya Müdafiə Nazirliyinin (MN) yaydığı məlumatda bu barədə bildirilir. Rusiya MN bəyan edir ki, Dağlıq Qarabağın (?) Əsgəran bölgəsinin Xanabad kəndinin İkinci Dünya Müharibəsində həlak olan 104 sakininin abidəsi önündə aksiyaya start verilib.
Xanabad kəndi hazırda Xocalı rayonu ərazisində kənddir, sülhməramlı kontingentin nəzarəti altındadır. Rusiya MN birincisi, Dağlıq Qarabağ ifadəsindən bərk-bərk yapışıb, halbuki artıq bu ifadə tarixə qovuşub.
Bunu da keçək, fərz edək ki, Rusiyanın arxaik ifadələrə müraciət etməsinin kökündə texniki səhvlər var.
Yaxşı görəsən, indi nə düşüb ki, sülhməramlılar uzaq perspektiv üçün barıt qoxuyan addımlar atır? Məgər sülhməramlıların işi abidələri bərpa etməyəmi yönəlib? Əlbəttə ki, xeyr.
Əslində sülhməramlılar bərpa adı altında ermənilərin maraqlarının bərpası prosesini həyata keçirirlər.
Qarabağdakı Rusiya sülhməramlıları yenə mandatdan kənara çıxır – ŞƏRH+FOTORusiya MN fotolar da yayımlayıb, orada ermənicə yazılar həkk olunan abidənin önündə erməni sakinlərə sülhməramlılar da yardım edir. 
Əgər məqsəd humanitar aksiyadırsa, o zaman niyə sülhməramlılar Azərbaycanın dağıdılmış, məhv edilmiş ərazilərində bərpa işləri aparmırlar?
Gülməli, həm də ağlamalı bir vəziyyətdir. Rusiya MN yaxşı olar ki, əsl məqsəd və niyyətini bəyan etsin, hamı da buna uyğun adekvat davranış sərgiləsin.
Qarabağdakı Rusiya sülhməramlıları yenə mandatdan kənara çıxır – ŞƏRH+FOTOMəqsəd və niyyətlərin başqa ad altında gizlədilərək həyata keçirilməsi isə ən azından riyakarlıqdır.
Bir də, yada düşmüşkən. Bir müddət əvvəl ermənilər Xocavənddə İkinci Dünya Müharibəsində nasist Almaniyasına canla-başla xidmət edən Qaregin Njdenin heykəlini ucaltmışdılar. Amma, SSRİ varisi olaraq Rusiya buna etiraz etmirdi, Moskva tərəfindən laqeyd bir susqunluq hökm sürürdü. Yalnız Azərbaycanın çoxsaylı etirazlarından sonra heykəlin Xocavənddən götürülməsi barədə məlumatlar yayıldı. Yəni Rusiya bunu rəsmi Bakının tələbi olmasaydı etməyəcəkdimi? Görünür ki, etməyəcəkdi. 
Aqşin Kərimov

Siyasi       Tarix: 06 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe cəbhədən ən son xəbərlər futbol xeberleri iqtisadiyyat xeberleri bugun