"Qarabağ"dan NÖVBƏTİ ZƏFƏR: ardıcıl 8-ci dəfə qrup mərhələsinə yüksəldi (YENİLƏNDİ)

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
Publika.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Şotlandiyada "Aberdin"in qonağı olub.
Bakıdakı ilk görüşdə 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi səfərdə rəqibini 3:1 hesabı ilə üstələyib və qrup mərhələsinə vəsiqə qazanıb.
Qarşılaşma "köhlən atlar"ın üstünlüyü şəraitində keçib. 8-ci dəqiqədə Toral Bayramov cərimə meydançasında qüvvətli zərbə ilə hesabı açıb. Bundan 10 dəqiqə sonra komandanın yeni transferi Kadi Borges şotlandiyalıları növbəti dəfə mərkəzə dəvət edib.
İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarıda da Azərbaycan təmsiçisi matça nəzarəti əlində saxlayıb. Meydan sahiblərinin hücumları isə nəticəsiz qalıb. Əvəzində 72-ci dəqiqədə Abdullah Zubir fərqi 3 topa çatdırıb. 90+2-ci dəqiqədə Luis Ferqyusson penaltidən fərqlənərək təsəlli qoluna imza atıb.
Beləliklə, "Qarabağ" ardıcıl 8-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində 6, Çempionlar Liqasının qrupunda isə bir dəfə mübarizə aparıb.
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.
xxx
00:12
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.
72-ci dəqiqədə Abdullah Zubir fərqlənib.
xxx
23:44
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, ilk yarından sonra Ağdam təmsilçisi 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə isə Kadi Borges vurub.
xxx
23:30
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi fasiləyə 2:0 hesabı ilə öndə yollanıb.
Komandanın qollarını 8-ci dəqiqədə Toral Bayramov, 18-ci dəqiqədə isə Kadi Borges vurub.
xxx
23:02
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi rəqibini növbəti dəfə mərkəzə dəvət edib.
18-ci dəqiqədə Kadi Borges hesab arasındakı fərqi artırıb - 2:0.
xxx
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə önə keçib. "Köhlən atlar"ın heyətində Toral Bayramov 8-ci dəqiqədə fərqlənib.
Qeyd edək ki, Bakıdakı ilk matçda "Qarabağ" minimal hesablı qələbə qazanıb - 1:0.
xxx
22:45
Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.
Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

İdman       Tarix: 27 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

Millimiz dünya çempionatına qələbə ilə başladı

Azərbaycan millisi Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalında mübarizəyə başlayıb. KONKRET.azAZƏRTAC-a istinadən xəbər verir ki, U-16 yığmamız Bakı Kristal Zalında Timor-Leste komandas

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu qun cəbhədən son xeber krimnal xeber valyuta mezenesi