"Qarabağ"ı aparan təyyarə 7 saat göydə qalacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Liverpul"la qarşılaşacaq "Qarabağ"ın İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub.
KONKRET.az Qol.az-a istinadən xəbər verir ki, klub yanvarın 26-da Liverpula yola düşəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub. "Qarabağ"ı yetərincə uzun yolçuluq gözləyir – düz 7 saat.
Bu arada "Liverpul"un baş məşqçisi Arne Slotun komandadakı gələcəyi haqda ziddiyyətli xəbərlər var. İspaniyanın "AS" nəşri xəbər verir ki, komandanın qeyri-sabit çıxışı niderlandlı mütəxəssisin üzərindəki təzyiqi getdikcə artırır. Çempionlar Liqasında Marseldə qazanılan son qələbəyə (3;0) baxmayaraq, "Liverpul" azarkeşlərinin öz komandalarını fitə basması vəziyyətin nə qədər ciddi olduğunu göstərir.
Xüsusilə bu narazılıq Arne Slot üçün əlavə təzyiq yaradır. Premyer Liqada titul uğrunda mübarizənin çox erkən itirilməsi və Çempionlar Liqasında hələ də ilk 8-lik uğrunda mübarizə aparılması komandanın ümumi mənzərəsini ağırlaşdırır.
"Liverpul" Premyer Liqada ardıcıl 4 heç-heçə edib – "Lids", "Fulhem", "Arsenal" və "Bernli" ilə oyunlarda qələbə qazana bilməyib. Bu, klub üçün 2008-ci ildən bəri ilk belə seriyadır. Hazırda "qırmızılar" 36 xalla 4-cü yerdədir və ən yaxın izləyiciləri "Mançester Yunayted" (35 xal) və "Çelsi" (34 xal)la fərq minimaldır. 2026-cı ildə keçirilən 5 oyundan yalnız biri – İngiltərə Kubokunda "Barnsli"yə qarşı matç qələbə ilə başa çatıb.
"Bernli" ilə oyundan sonra "Enfild"də yaşanan etirazlara komandanın kapitanı Vircil van Deyk də münasibət bildirib və azarkeşlərin narazılığını başa düşdüyünü deyib. Arne Slot isə bunu fit yox, məyusluq kimi dəyərləndirib və azarkeşlərin hisslərini anladığını vurğulayıb. Mətbuatda yazılanlara görə, "Real Madrid"in Xabi Alonsonu istefaya göndərməsi Arne Slot üçün vəziyyəti daha da çətinləşdirib. İspan mütəxəssisin adı "Liverpul" daxil olmaqla bir neçə böyük klubla hallanır. Xabi Alonso futbolçu kimi "Liverpul"da 5 mövsüm keçirib və "Enfild"lə güclü bağlara malikdir. Onun "Real"dakı qısa müddətli uğursuzluğu isə reputasiyasına ciddi zərər vurmayıb.
"Liverpul" hər növbəti xal itkisi ilə birlikdə Xabi Alonso ilə bağlı söz-söhbətlər daha da güclənəcək. Arne Slot bu müzakirələri yalnız nəticələrlə susdura bilər.
Hazırda əsas məqsəd Çempionlar Liqasında 1/8 finala yüksəlməkdir.
Bu səbəbdən Arne Slotun mövsümün sonuna qədər vəzifəsində qalacağı gözlənilir. Lakin gələn mövsüm üçün eyni şeyi demək çətindir. Klub daxilində belə bir fikir formalaşıb ki, Xabi Alonso gec-tez "evinə" – "Enfild"ə qayıda bilər.
Yeri gəlmişkən, "Liverpul"un kapitanı Vircil van Deyk Çempionlar Liqasının Liqa mərhələsinin son – 8-ci turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. UEFA-nın saytı xəbər verir ki, ilk 8-likdə qalmağın vacibliyini vurğulayan 34 yaşlı müdafiəçi Ağdam təmsilçisinə qalib gəlməli olduqlarını deyib:
"Birbaşa 1/8 finala yüksəlmək bizim üçün çox vacibdir. Çünki pley-off mərhələsini buraxmış olursan və bu da hazırda keçdiyimiz gərgin oyun qrafikində bizə kömək edəcək. Gələn həftə yenə hər şey bizdən asılı olacaq. Evdə oynayacağıq. Gəlin, ilk 8-likdə yer alacağımızdan əmin olaq. Hazırda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Amma həlledici məqam gələn həftədir".
Qeyd edək ki, hazırda tunir cədvəlində "Liverpul" 15 xalla 4-cüdür. 10 xala malik "Qarabağ" 18-cidir. "Liverpul" – "Qarabağ" görüşü yanvarın 29-da "Enfild" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

İdman       Tarix: 25 yanvar 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler bugun son xeber 2026 bugunun xeberleri cəbhədən xəbər