"Qarabağı qazilər yox, xüsusi təyinatlılar alıb" - Qazinin bıçaqlanmasının TƏFƏRRÜATI

Şəmkirdə 27 yaşlı qazinin bıçaqlanmasının səbəbi məlum olub. Tərəflər sonradan barışıblar.
KONKRET.az xəbər verir ki, hadisə Şəmkirin Çinarlı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 1997-ci il təvəllüdlü Elmar İsmayılov Şəmkir rayon sakini Hüseyn Abbasov tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, tərəflər sərxoş halda mübahisə ediblər. 2003-cü il təvəllüdlü Hüseyn cibində olan bıçaqla Elmara xəsarət yetirib.
Qeyd edək ki, Elmar İsmayılov "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub, müharibə veteranıdır.
İlkin məlumata görə, mübahisəyə səbəb Hüseynin söhbət zamanı "44 günlük Vətən müharibəsi zamanı əldə olunmuş qələbədə qazi və veteranların heç bir əməyi olmayıb" deməsi olub. Bundan sonra onlar arasında kafedə başlayan mübahisə küçədə davam edib. Hüseyn sonda Elmara xəsarət yetirib.
Hüseyn ifadəsində özünü qismən təqsirli bilərək deyib ki, Elmarla daha əvvəl ədavətləri olmayıb. Hadisə baş verən gün tanışı Eltonun işlətdiyi kafedə olub:
"Elmar bir neçə nəfərlə kafeyə gəldi. Söhbət zamanı yanımızda olanlardan birindən veteranla qazi arasında fərq olub-olmadığını soruşdum. Veteran bizim dildə, qazi isə türk dilindədir deyə söhbət davam etdi. Həmin oğlan Elmardan veteran ilə qazinin fərqinin olub-olmadığını soruşan zaman Elmar əsəbiləşdi. Elmar sərxoş idi və əsəbiləşməyə başladı. Söyüş söyəndən sonra çölə çıxdıq. Elmar orda da söyüş söyməyə davam etdi. Dedi ki, onu vurmayanı söyüş söyüb. Mən də bıçağı çıxarıb onu vurdum. Yanımızda heç kim yox idi. Sonra bıçağı yola atıb evə getdim. Əməlimdən peşmanam və barışmışıq. Elmara dəymiş zərər də ödənilib".
Zərərçəkmiş Elmar ifadəsində söyləyib ki, mübahisəyə səbəb Hüseynin sözləri olub:
"Kafedə oturmuşduq. Tanışlardan biri mənə "salam, qazi qardaş" dedi. Bu da qayıtdı ki, müharibədə qazilər heç nə etməyib. "Veteranlar, qazilər nə ediblər ki? Qarabağı alanlar xüsusi təyinatlılar olub" deməyə davam etdi. Mübahisə vaxtı məni bıçaqladı. Amma onun əlindəki bıçağı görmədim. Söhbət kafenin içərisində olub. Mən onu bağışlamışam".
Hüseyn istintaq zamanı xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi ağır maddə ilə təqsirli bilinib. Amma məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlində xuliqanlıq cinayətinin tərkibi yoxdur. Məhkəkmə onun əməlini daha yüngül maddəyə tövsüf edib. Belə ki, onun əməli Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib.
Cinayət Məcəlləsinin 73.2-ci (zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir) maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilib və barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilib.
Musavat.com

Hadisə       Tarix: 01 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi

Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhta

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan cəbhədən görüntülər hava proqnozu en son xeber