"Qarabağ"ın Avropa yolu - Rəqiblərimizi tanıyaq

UEFA Avropa Liqasının əsas mərhələsinin püşk nəticələri bəlli olub. Bununla da sözügedən yarışdakı yeganə təmsilçimiz "Qarabağ"ın  rəqibləri müəyyənləşib.
KONKRET.az xəbər verir ki,  Ağdam klubu "Tottenhem", "Budyo Qlimt", "Elfsborq" və "Olimpiakos"la səfərdə, "Ayaks", "Malmö", "Styaua" və "Lion"la isə Bakıda qarşılaşacaq. "Qarabağ" Liqa mərhələsində öz səbəti daxil olmaqla, hər səbətdən iki komandaya rəqib olacaq. Komandalar ümumilikdə 8 oyun keçirəcək (4 ev, 4 səfər). Yekunda 36 komanda arasında ilk 8 yeri tutanlar birbaşa 1/8 finala yüksələcək. 9-24-cü sıranı tutanlar isə pley-off oynayacaq.
Rəqiblərin siyahısına baxdıqda, onların ikisinin bizə tanış olduğunu görürük. Belə ki, komandamız "Tottenhem"lə 2015-ci ildə AL-nin qrup mərhələsi çərçivəsində qarşılaşıb və hər iki görüşdə uduzub (1:3, 0:1).
Yunanıstan "Olimpiakos"u ilə oyunlar isə daha yadda qalan olub. Qurban Qurbanovun yetirmələri 2022-ci ildə adıçəkilən komanda ilə Bakıda heç-heçə oynasa da (0:0), səfərdə rəqibini 3:0 hesabı ilə üstələmişdi.
Qarşılaşacağımız komandalar arasında digər diqqətçəkən ad isə "Ayaks"dır. Son illərə qədər Niderlandda hegemonluq edən komanda hazırda eniş dövrünü yaşayır. Kollektiv ötən mövsüm ölkə çempionatında 5-ci olmağı bacarmışdı.  Amsterdam təmsilçisi Erediviziyaya yaxşı başlamayıb və 2 oyunda cəmi 1 qələbə qazanıb. Komanda Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu "Yagelloniya"nı iki oyunda məğlub edərək Liqa mərhələsinə yüksəlib.
"Qarabağ"ın növbəti – üçüncü oyunu isə Bakıda "Lion"la olacaq. "Böyük beşlik" təmsilçilərindən olan komandanı da "köhlən atlar" üçün uğurlu hesab etmək olar. Adıçəkilən komanda ötən mövsüm Liqa 1-də 6-cı olmağı bacarmışdı. Bu il isə onlar ciddi maliyyə problemləri yaşayırlar. Buna görə də heyətin əsas üzvləri komandanı tərk edib. "Lion" cari ildə Fransa çempionatının hər iki matçında məğlub olub.
Qurban Qurbanovun komandası "Malmö"nü də Bakıda qəbul edəcək. Hazırda formada olan kollektiv İsveç çempionatında 20 turdan sonra 45 xalla liderdir. Lakin məğlubedilməz deyil. "Qarabağ" ötən il iki dəfə İsveç klubu "Hakken"lə qarşılaşıb. Komandamız səfərdə 2:1, Bakıda isə 1:0 hesabı ilə qələbə qazanıb.
Rəqiblər arasında ən yaxşı formada olan komandalardan biri də "Budyo Qlimt"dir. Komandamız Norveç klubu ilə 6-cı turda səfərdə qarşılaşacaq. Hazırda yerli çempionatda 20 oyundan sonra 44 xalla birinci olan komanda Çempionlar Liqasının pley-off mərhələsində Serbiyanın "Srvena Zvezda" komandasına uduzub və Avropa Liqasına yuvarlanıb.
FCSB və ya başqa adla "Styaua". Yeddinci görüş Bakıda Rumıniya klubuna qarşı olacaq. Buxarest təmsilçisi çempionata uğursuz başlayıb. Komanda 6 oyundan sonra 5 xalla 16 komanda arasında 15-cidir. "Styaua" əvvəlki gücündə deyil. Buna baxmayaraq, rumınlar pley-off mərhələsində Avstriyanın LASK komandasını məğlub edib.
"Qarabağ"ın Liqa mərhələsindəki sonuncu görüşü İsveçdə "Elfsborq"a qarşı olacaq. İsveç çempionatında 20 turdan sonra 5-ci sırada qərarlaşan komanda avrokuboklarda uğurlu mövsüm keçirir. "Elfsborq" əvvəlcə Xorvatiyanın "Riyeka", daha sonra Norveçin "Molde" komandasını mübarizədən kənarlaşdırıb.
Qrup mərhələsinin oyunlarının təqvimi:
25/26 sentyabr – birinci oyun
3 oktyabr – ikinci oyun
24 oktyabr – üçüncü oyun
7 noyabr – dördüncü oyun
28 noyabr – beşinci oyun
12 dekabr – altıncı oyun
23 yanvar – yeddinci oyun
30 yanvar – səkkizinci oyun.
Məlik,
KONKRET.az

İdman       Tarix: 31 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta sosial yardim krminal bu gun en sonxeber