"Qarabağ"ın matçında qadın hakim: O kimdir?
UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən "Tvente" – "Qarabağ" matçının (0:1) hakimlər briqadasında qadın hakim də yer alıb.
KONKRET.azqol.az-a istinadla xəbər verir ki, söhbət albaniyalı Emanuela Rustadan gedir.
32 yaşlı hakim qarşılaşmada 4-cü hakim funksiyasını yerinə yetirib. Görüşün baş hakimi isə onun həmyerlisi Juxhin Xhaja olub.
1993-cü il dekabrın 18-də Albaniyanın Elbasan şəhərində anadan olan Rusta ölkəsinin ən tanınmış qadın futbol hakimlərindəndir. O, 2019-cu ildə FIFA referisi statusunu alan ilk albaniyalı qadın hakim kimi tarixə düşüb.
Rusta 2023-cü ilin iyununda UEFA hakimlərinin birinci kateqoriyasına yüksəlib. 2025-ci ilin dekabrında isə qadın hakimlər arasında UEFA-nın Elit kateqoriyasına daxil edilən ilk albaniyalı olub.
Albaniyalı referi ölkəsində kişilər arasında yüksək liqa matçlarını da idarə edib. FIFA-nın hazırkı siyahısında Rusta həm baş hakim, həm də video-hakim kimi yer alır.
Onun kişilərin avrokubok yarışlarında da təcrübəsi var. Rusta 2023/24 mövsümündə Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin FCSB – SSKA-1948 (3:2) oyununda 4-cü hakim olub.
2025/26 mövsümündə isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirilən "Austriya" (Vyana) – "Banik" (Ostrava) matçında eyni funksiyanı yerinə yetirib.
Rusta qadın futbolunda daha yüksək səviyyəli beynəlxalq oyunlarda baş hakim kimi çalışıb. 2024-cü ildə UEFA Qadınlar Çempionlar Liqasında "Benfika" – "Barselona" matçını idarə edən ilk albaniyalı qadın hakim olub.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA