"Qarabağla bağlı məqaləm erməni diasporunu narahat edib" - UNİAN-ın direktoru
Ukraynalı jurnalist Mixail Qannitski yanvar ayında Qarabağa səfərindən sonra "Talesizlik qardaşlığı: Azərbaycanın keçdiyi yoldan indi Ukrayna keçir" başlıqlı məqalə dərc edib. Jurnalistin Qarabağ və Ukrayna hadisələrini müqayisə edən məqaləsi erməni diasporunu narahat edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə "Haber Global"a danışıb.
Qaanitski deyib ki, Ukrayna ombudsmanı məqalə ilə bağlı araşdırma başlandığını bildirib. Qannitskinin dediklərinə görə, bu barədə Ukrayna polisindən ona heç bir müraciət olmayıb. Jurnalistin fikrincə, konkret addım atılmayan bu təşəbbüsün arxasında da erməni diasporu dayanır:
"Öyrəndik ki, erməni diasporu ombudsmana təzyiq edib və o, bunu paylaşmaq qərarına gəlib. Azərbaycan hazırda üzləşdiyimiz müharibədə Ukraynanın müttəfiqidir. Ermənistan isə Rusiyanın müttəfiqidir. Biz bilirik ki, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək edir. Ombudsman mənə heç bir məlumat göndərmədən bu məlumatı yayıb. Əgər polis həqiqətən nəyisə araşdırırsa, biz kömək etməyə hazırıq. Yazdığım məqalə həqiqətdə nələrin baş verdiyindən bəhs edir".
O həmçinin Ukraynanın Azərbaycanın təcrübəsindən yararlanmalı olduğunu da sözlərinə əlavə edib:
"Azərbaycanın müasir silahlar, müasir taktika, minalardan təmizlənməsi və regionların yenidən qurulması sahəsində təcrübəsindən öyrənəcəyimiz çox şey var. Bu təcrübə mütləq bizimlə paylaşılmalıdır. Çünki Azərbaycan bunu çox yaxşı bacarıb. Nəticələri artıq görə bilərsiniz".
Qeyd edək ki, Mixail Qannitski Ukraynanın tanınmış UNİAN İnformasiya Agentliyinin direktorudur.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi