Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?

Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?Kaliforniya Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki, qaraciyərdə piylərin yığılması DNT-nin zədələnməsinə və qaraciyər xərçənginin ən çox yayılmış forması olan hepatoselüler karsinomanın inkişafına səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Son iki onillikdə hepatoselüler karsinomanın yayılması 25-30 % artıb. Artımın əsas səbəbinin hazırda amerikalı yaşlıların 25 %-ni əhatə edən qaraciyər piylənməsi xəstəliyinin sürətlə yayılması olduğu güman edilir. Onların təxminən 20 %-də xəstəliyin metabolik disfunksiya ilə əlaqəli steatohepatit adlanan ağır forması var.
Alimlərin sözlərinə görə, qaraciyər piylənməsi xəstəliyindən steatohepatitə qədər qaraciyər xərçəngi xəstəliyinə keçmək potensial ölümcül nəticələri olan ümumi ssenaridir. Lakin prosesin molekulyar səviyyədə necə baş verdiyi məlum deyil.
Alimlər bu bilik boşluğunu doldurmaq üçün siçanlar və insan toxuması nümunələri üzərində bir sıra tədqiqatlar aparıblar. Onlar yağ və şəkərlə zəngin qidaların steatohepatitin inkişafına və sonradan qaraciyər hüceyrələrində DNT-nin zədələnməsinə kömək etdiyini təsdiqləyiblər.
Bu zədə metabolik aktivləşən, lakin bölünmə qabiliyyətini itirən hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olur.
Alimlər izah ediblər ki, qocalma hüceyrə stressinə normal cavabdır, ideal olaraq bədənə zədələri bərpa etmək və zədələnmiş hüceyrələrin bölünməsinin qarşısını almaq üçün vaxt verir. Ancaq hepatosit adlanan qaraciyər hüceyrələrində proses pozula bilər. Bəzi zədələnmiş hepatositlər mövcud olmağa davam edir, bu da xərçəng xəstəliyinin inkişafına kömək edə bilər./report

Sağlamlıq       Tarix: 03 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?

Qazaxıstanda respublikanın ən yaşlı qadını Tuymequl Temirbayeva vəfat edib. Onun 116 yaşı var idi. KONKRET.azoxuaz-a istinadən bildirir ki, bu barədə "Kazinform" nəşri Ulıtau vilayətinin administrasiyasına istinadə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber 2026 son xeberler 2026 krminal bu gun hava proqnozu