Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMAXərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən biri vaxtında aparılan profilaktik müayinələrdir. Lakin bir çox insan səhhətində ciddi narahatlıq hiss etmədiyi üçün həkimə müraciət etmir. Bu isə bəzi hallarda xəstəliyin gec mərhələdə aşkarlanmasına səbəb olur.
Bəs Azərbaycanda vətəndaşların hər altı aydan bir xərçəng xəstəliklərinin erkən aşkarlanması məqsədilə məcburi tibbi müayinədən keçirilməsi tətbiq oluna bilərmi? Belə bir sistemin yaradılması nə dərəcədə məqsədəuyğundur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, əhalinin mütəmadi profilaktik müayinələrə cəlb olunması onkoloji xəstəliklərlə mübarizədə mühüm rol oynaya bilər.
Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMAOnun sözlərinə görə, xərçəng xəstəliklərinin qarşısının alınması və erkən aşkarlanması üçün profilaktik tədbirlərin gücləndirilməsi olduqca vacibdir:
"Belə bir sistemin tətbiqini çox müsbət qiymətləndirərdim. Pasiyentlərimiz bəzən bizə sual verirlər ki, niyə bəzi ölkələrdə onkoloji xəstəliklər daha erkən aşkarlanır və müalicə nəticələri daha uğurlu olur? Bunun əsas səbəblərindən biri profilaktik müayinələrə verilən önəmdir. Xərçənglə mübarizə ilk növbədə profilaktikadan və vaxtında diaqnostikadan başlayır".
Onkoloq xüsusilə vurğulayıb ki, xərçəng xəstəliklərinin təhlükəli tərəflərindən biri onların uzun müddət ciddi əlamətlər olmadan inkişaf edə bilməsidir.
"Bəzən pasiyentlər deyirlər ki, doktor, mənim heç bir ağrım, şikayətim yoxdur, niyə müayinədən keçməliyəm? Məsələ ondadır ki, bir sıra onkoloji xəstəliklər ilkin mərhələlərdə özünü ciddi simptomlarla büruzə vermir. İnsan özünü tam sağlam hiss edə bilər. Qanaxma, davamlı öskürək, ağrı və digər narahatedici əlamətlər isə bəzi hallarda xəstəlik irəlilədikdən sonra ortaya çıxır. Buna görə də şikayətin olmaması hər zaman xəstəliyin olmadığı anlamına gəlmir".
Fərid Museyibov qeyd edib ki, xərçəngin erkən mərhələdə müəyyən edilməsi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər.
"Xəstəlik nə qədər tez aşkarlanarsa, müalicə imkanları da bir o qədər geniş olar. Erkən mərhələdə diaqnoz qoyulduqda həm müalicə prosesi daha rahat keçə, həm də maliyyə xərcləri daha az ola bilər. Gecikmiş mərhələlərdə isə müalicə daha mürəkkəb olur və istənilən nəticəni əldə etmək çətinləşir. Ona görə də insanlarımız yalnız ağrı və ya başqa şikayət yarandıqdan sonra deyil, mütəmadi olaraq profilaktik müayinələrdən keçməlidirlər".
Həkim-onkoloq hesab edir ki, əhalinin hər altı aydan bir profilaktik müayinəyə cəlb olunması, hətta bunun məcburi xarakter daşıması müsbət nəticələr verə bilər.
"Əgər belə bir mexanizm tətbiq olunsa və vətəndaşlar hər altı aydan bir müayinədən keçsələr, bunu çox məqsədəuyğun hesab edərdim. Çünki əsas məqsəd xəstəliyi ağırlaşmadan aşkar etmək, insanların sağlamlığını qorumaq və müalicəyə vaxtında başlamaqdır. Profilaktik müayinələrə nə qədər ciddi yanaşsaq, onkoloji xəstəliklərlə mübarizədə bir o qədər yaxşı nəticələr əldə edə bilərik", – deyə mütəxəssis vurğulayıb.
Qeyd edək ki, xərçəng xəstəlikləri üzrə profilaktik müayinələrin növü və keçirilmə tezliyi insanın yaşına, cinsinə, ailə anamnezinə və fərdi risk amillərinə görə müəyyənləşdirilir. Bütün əhali üçün hər altı aydan bir eyni müayinələrin aparılması tibbi baxımdan universal tövsiyə hesab edilmir. Buna görə də mümkün kütləvi skrininq proqramlarının elmi əsaslandırılmış meyarlarla hazırlanması mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 24 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir

Xəstəlik insan həyatının ən çətin sınaqlarından biridir. İnsan sağlamlığını itirdikdə ağrı, narahatlıq və qorxu ilə üzləşir, bəzən isə yaşadığı çətinliklərin səbəbini anlamağa çalışır. Xristian mənəvi ənənəsində xəstəli

"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur

Arıqlama iynələri, gəncləşmə vəd edən qida əlavələri və internet üzərindən satılan saxta dərmanlar… Əczaçılar son dövrlərdə sürətlə yayılan sağlamlıq təhlükələri ilə bağlı xəbərdarlıq ediblər. Xüsusilə nəzarətsiz istifad

Pomidor alarkən diqqətli olun: Tərkibindəki maddələr sağlamlığa zərər verə bilər

Payız-qış aylarında bazarlarda satılan pomidor və digər tərəvəzlərin təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Mövsümdənkənar yetişdirilən məhsulların istehsalı zamanı istixanalarda kimyəvi gübrələrdən, pestisidlərdə

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az en son xeberler sou xeberler bugun cəbhədən video