Qaralan dişlər, pis qoxu verən ağız və xərçəng riski - Siqaret çəkmənin FƏSADLARI

Qaralan dişlər, pis qoxu verən ağız və xərçəng riski - Siqaret çəkmənin FƏSADLARIMütəxəssislər hesab edirlər ki, dişlərdə yaranan kariyesə səbəb mikroblardır. Eyni zamanda siqaret də karyes yaradır.
KONKRET.azxəbər verir ki, bunu Rusiya Piroqov Universitetinin Stomatologiya İnstitutunun direktor müavini, tibb elmləri doktoru Olqa Quseva deyib. "Ağız boşluğu xəstəlikləri dünyada ciddi problem olaraq qalır. Ağız boşluğunun ən çox yayılmış patologiyalarından bəziləri kariyes və parodontitdir. Sübut edilib ki, kariyes və parodontiti yaradan mikrob faktorudur. Həqiqətən də ağız boşluğu insan orqanizminin ən çox mikroblarla çirklənmiş hissələrindən biridir (ağız boşluğunda 750-dən çox növ mikroorqanizm yaşayır). Bakterial qarşılıqlı əlaqə harmonik birgəyaşayışa gətirib çıxarır. İnsan orqanizminə təsir edən bir sıra amillər bu zəif homeostatik tarazlığı poza bilər. Nəticədə həm ağız boşluğu, həm də sistem sağlamlığı balansızlığına səbəb olur.
Dişlərin səthinə çökən yapışqan tütün qatranları tünd lövhənin əmələ gəlməsi şəklində estetik problemlər yaradır. Dişlərin rəngi dəyişir, eyni zamanda daxildən də qaralması baş verir.
Siqaret tüpürcək sisteminin işinə təsir göstərir. Bu da xerostomiya vəziyyəti yaradır və ağızın quruması baş verir. Quru ağız dad bilmənin pozulmasına səbəb ola bilər. Siqaret ağız boşluğunun selikli qişasının hüceyrə yenilənməsi proseslərini pozur. Hüceyrə yenilənməsinin pozulması isə bir çox problemlər yaradır. Hətta xərçəng xəstəliyinin inkişafına səbəb olur. Ağız xərçənginə pis vərdişləri olan 18 yaşdan yuxarı insanların yoluxma hallarına daha çox rast gəlinir. Ağız xərçəngi digər xərçəng növləri arasında dünyada dördüncü yerdədir. Araşdırmalar göstərir ki, siqaret çəkənlərdə ağız boşluğu və farenks xərçənginə tutulma riski çəkməyənlərə nisbətən 2-3, gündə bir qutudan çox siqaret çəkənlərdə isə 10 dəfədən çoxdur.
Vəli Həsənoğlu,
KONKRET.az

Sağlamlıq       Tarix: 02 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR 

Akademik tibbə meydan oxuyan tibb bacısı: Elizabet Kenni necə məşhurlaşdı?. Heç düşünmüsünüzmü, yüksək elmi dərəcələri olmayan, lakin böyük şəfqətə, müşahidə qabiliyyətinə və akademik doqmalara qarşı çıxmaq cəsarətinə mali

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir

Meyvə və tərəvəzlər sağlam qidalanmanın əsasını təşkil etsə də, mövsümündə yetişməyən məhsulların istehlakı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Xüsusilə istixanalarda yetişdirilən və xaricdən gətirilən məhsulların tərkibi

2027-ci ildən yeni mərhələ başlayır – 4 il davam edəcək

2027–2031-ci illərdə qida məhsulları allergenlərin müəyyən edilməsi üçün laborator müayinələrə cəlb olunacaq. Məhsulların üzərindəki etiket məlumatlarının laboratoriya nəticələrinə uyğunluğu da yoxlanılacaq. xəbər verir ki

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler dunya xeberleri xeberler bu gun bugunun xeberleri