Qardaşımın şəhid olduğunu instaqramda gördüm
Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.
azxeber.com "qafqazinfo"-ya istinadən xəbər verir ki, şəhid qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu deyib:
"Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi. Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, instaqramda gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün, birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm, dərdimi kiminlə bölüşəcəm".
Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var