"Qardaşımla bölgədəki vəziyyəti müzakirə etdik" - Türkiyə Prezidenti
"Qardaşım Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə iki ölkənin dostluğunu və əməkdaşlığını hər sahədə zirvəyə qaldıracağıq".
KONKRET.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Bakıda keçirilən "Texnofest Azərbaycan" texnoloji festivalında iştirakından danışan Türkiyə Prezidenti Prezident İlham Əliyevin şəxsində onları məhəbbətlə qarşılayan Azərbaycan xalqına təşəkkür edib:
"Azərbaycan Prezidenti ilə görüşümüzdə mükəmməl səviyyədə olan ikitərəfli əlaqələrimizi və Qarabağ Zəfərindən sonra bölgəmizdəki vəziyyəti nəzərdən keçirdik. Heyətimizdəki nazirlər də azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişafı ilə bağlı faydalı görüşlər keçiriblər. Qarabağın nəqliyyat infrastrukturunun qurulması, yaşayış məntəqələrinin salınması və istehsalın bərpası da daxil olmaqla, dəstəklərimizi davam etdirəcəyik. Kənd təsərrüfatı ərazilərinin becərilməsi ilə bağlı müvafiq qurumlarımızla, şirkətlərimizlə birlikdə azərbaycanlı qardaşlarımızla ortaq fəaliyyət göstərəcəyik. Beləliklə, azərbaycanlı qardaşlarımızın illərlə həsrətini çəkdikləri ata torpaqlarına tezliklə qovuşmasına dəstək verəcəyik".
Kurslar.az kurslar [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun