Qaribaşvili: "Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı var"
"Türkiyə Gürcüstan üçün çox önəmli ölkə və strateji tərəfdaşdır".
Publika.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi brifinqdə deyib.
O, Türkiyənin uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşı olduğunu bildirib.
Hökumət başçısının sözlərinə görə, regionda Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi genişmiqyaslı birgə layihələr həyata keçirilib: "Gürcüstanın Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlığı, tərəfdaşlığı və ən əsası dostluğu var. İkitərəfi və üçtərəfli formatlarda layihələrin reallaşdırılması üçün yaxşı təməllər mövcuddur".
İ.Qaribaşvili Türkiyə prezidenti ilə görüşdə bölgədəki vəziyyətin də nəzərdən keçirildiyini vurğulayıb. Bölgədə sülhə alternativin olmadığını qeyd edən baş nazir Gürcüstanın bütün məsələlərin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Gürcüstanın hökumət başçısı Türkiyə liderini Tbilisiyə səfərə dəvət edib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək