Qarlı hava: Hazırda yollarda vəziyyət necədir?
Ötən gündən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti hökm sürməkdədir.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi nəticəsində gecə saatlarından etibarən Bakı şəhərində və respublikanın avtomobil yollarında müəyyən problemlər yaşanıb.
Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, hazırda vəziyyət normaldır.
O qeyd edib ki, axşam saatlarından etibarən müvafiq tədbirlər görülməyə başlanılıb və müəyyən ərazilərdə qəfil buzlaşma baş verib:
"Xüsusilə, Bakı Dairəvi yolunda avtomobil sıxlığı yaranıb və əraziyə texnika cəlb olunmasında çətinliklər yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə hərəkət tənzimləndikdən sonra texnikalar əraziyə cəlb olunub və təxminən bir saat sonra yoldakı problem aradan qaldırılıb", – deyə qurum rəsmisi bildirib.
A.Nəcəfli əlavə edib ki, digər ərazilərdə də qabaqlayıcı tədbirlər görülüb, yollara duz səpilib ki, səhər saatlarında vətəndaşlar rahat şəkildə yola çıxa bilsinlər:
"Hazırda Bakı şəhərinin giriş-çıxış yolları və əsas prospektlərdə hər hansı problem müşahidə olunmur. Respublikanın avtomobil yollarında da vəziyyət nəzarət altındadır, bəzi problemli ərazilərdə isə gecə boyunca işlər aparılıb və səhər də davam etdirilir. Hələ ki, ciddi problemlər yoxdur".
Qurum rəsmisi sürücülərə xəbərdarlıq edib ki, bu cür hava şəraitində yola çıxarkən hazırlıqlı olmalıdırlar:
"Yay təkərləri ilə buzlu yollarda hərəkət etmək təhlükəlidir. Yollara duz səpilsə də, yay təkərləri həm sürücülər, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır və bu, texnikaların ərazilərə cəlb olunmasında çətinliklərə səbəb ola bilər".

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir