Qarpıza görə arvadını döyən şəxs: "Təpiklə ayağına bir neçə dəfə vurdum

Qarpıza görə arvadını döyən şəxs: Bakının Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Daşqın şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Nərminə (adlar şərti verilib - red.) xəsarət yetirib.
azxeber.com demokrat.az-a istinadən xəbər verir ki, hadisə ötən ilin 14 iyulunda baş verib.
Daşqın həmin gün saat 16:30-da Nərminlə yaşadıqları həyət evində mübahisə edib. Mübahisə zamanı o, Nərmini döyərək, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2018-ci ildə Nərminlə rəsmi olaraq boşanıb: "Lakin hazırda bir evdə yaşamağa davam edirik. Bizim iki övladımız var. Ailənin maddi ehtiyaclarını yenə də özüm ödəyirəm".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü yaşadığı evə gələrkən görüb ki, evin qarşısında bir avtomobil dayanıb: "Evin qapısına çatdıqda isə həyətdən bir nəfər şəxsin çölə çıxdığını gördüm. Həmin şəxsə yaxınlaşdım və ondan kim olduğunu, nə üçün evimə gəldiyini soruşdum. Həmin tanımadığım şəxs Nərminin iş yerindən evə qarpız göndərdiyini və onu gətirdiyini bildirdi. Həmin şəxdən daha heç nə soruşmadım və evə keçdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, saat 16:00 radələrində Nərmin evə gəlib.
Nərminə nə üçün tanımadığımız adam ilə evə qarpız göndərdiyini, lazım gələrdisə, gedib qarpızı özümün götürə biləcəyimi söylədim: "Bu sözdən sonra Nərminlə aramızda sözlü mübahisə baş verdi. Mübahisənin gedişatında çox əsəbiləşdim. Həmin vaxt Nərminin acıqlı sözlərlə danışması məni özümdən çıxardı. Bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirdim, təpiklə ayağına bir neçə dəfə vurdum. Aramızda olan mübahisə sona çatdıqdan sonra Nərmin polisə şikayət etmək üçün zəng etdi".
Zərərçəkmişin sözlərinə görə, hadisə günü, saat 16 radələrində keçmiş həyat yoldaşı Daşqınla aralarında sözlü mübahisəsi yaranıb: "Daşqın məni təhqir edərək əl və ayaq zərbələri ilə bədənimin qol, sinə, kürək hissəsinə, təpiklə sol ayaq nahiyəmə vuraraq xəsarətlər yetirdi. Daşqın məni dəfələrlə döyüb və təhqir edib. Əvvəllər də Daşqının məni döyməsi səbəbindən polisə müraciət etmişəm. Buna görə də məhkəmə qərarı ilə o tutulub. Daşqının məhkəməyə verilməsinə baxmayaraq, hazırda da məni döyüb, öldürməklə hədələyir".
Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Daşqın beş ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 05 yanvar 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az 2026 valyuta mezennesi 2026 cəbhədən ən son xəbər valyuta məzənnələri