Qarşıda Azərbaycanı daha böyük nailiyyətlər, daha böyük uğurlar gözləyir

Qarşıda Azərbaycanı daha böyük nailiyyətlər, daha böyük uğurlar gözləyirYola saldığımız 2023-cü il çox qürurverici hadisələrlə yadda qalacaq. Bu il Azərbaycan tam olaraq öz suverenliyinə qovuşdu. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbənin davamı olaraq, Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən  rəşadətli ordumuzun keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi, ərazi  bütövlüyü tam bərpa olundu. Qələbənin qazanılmasında cənab İlham Əliyevin diplomatik sahədə gördüyü işlər də böyük əhəmiyyət kəsb edirdi.           
Dünyanın harasında olduğundan asılı olmayaraq Azərbaycan bütün dünya azərbaycanlıları üçün doğma vətəndir. 1991-ci il dekabr ayının 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında 31 dekabr dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə mühüm bir qərar qəbul edildi. Olduqca uzaqgörən, dünya şöhrətli siyasətçi olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq  olmuşdu. Xarici ölkələrə səfəri zamanı Ulu öndər xaricdə yaşayan həmvətənlərimizlə görüşər, onların fəaliyyəti ilə maraqlanardı. Onlara dəyərli tövsiyələr verərdi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Heydər Əliyev xalqa müraciətlə demişdi: "Hal-hazırda dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var. Bu dövlət Azərbaycan Respublikasıdır. Onun müstəqilliyini  dönməz etmək, dövlətçiliyini qorumaq, ərazi bütövlüyünü, təhlükəsizliyini və sərhədlərinin toxunulmazlığını təmin etmək, bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq tək Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının övladlıq borcudur".
44 günlük müharibə zamanı da demək olar ki, bütün dünya azərbaycanlıları cənab İlham Əliyevin ətrafında sıx birləşdi. Onlar yaşadıqları ölkədə Azərbaycanın haqq səsini çatdırmaq üçün öz səylərini əsirgəmədilər. Hər biri öz öhdəsinə düşən işi layiqincə yerinə yetirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın  düşmənin və anti-azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya  ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur." Artıq 3 ildir ki, Azərbaycan xalqı, müzəffər bir xalq kimi Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və yeni təqvim ilini qürur hissi ilə qeyd edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il dekabr ayının 31-də Müzəffər Ali Baş Komandan kimi Azərbaycan xalqına təbrik ünvanladı. Xalqımıza müraciətlə ötən ilin yekununda qazanılan nailiyyətlərdən danışdı. Nailiyyətlər isə olduqca böyük və olduqca qürurverici idi. 
2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımızın əsas hissəsi, Şuşa da daxil olmaqla geri alındı. Laçında, Kəlbəcərdə, Şuşada bayrağımız dalğalandı. Lakin bu tam qələbə, tam suverenlik deyildi. Bu sahədə işlərimiz yarımçıq qalmışdı. Belə ki, ermənilər Xankəndini boşaltmırdılar. Əksinə, orada Ermənistanın 15 min nəfərdən ibarət ordusu yerləşdirilmişdi. Getdikcə isə oraya bir sıra xarici ölkələrin, əsasən də Qərb ölkələrinin köməyi ilə silah-sursat, hərbi texnika, minalar gətirilirdi. Ermənistandan və digər ölkələrdən buraya eyni yamanda döyüşçülər də gəlməkdə idi. Ermənistan Azərbaycana qarşı terrora davam edirdi. Terror nəticəsində isə hərbçilərimizdən və dinc əhalidən ölənlər və yaralananlar olurdu. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edilmişdir. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik.
Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş və tarixin zibilxanasına atılmışdır."
Birinci və İkinci Qarabağ müharibəsində, antiterror əməliyyatında, mina terrorundan şəhid olan əsgərlərin və eyni zamanda Xocalı qurbanlarının qanı yerdə qalmadı. Müzəffər Ordumuz, igid əsgərlərimiz onların qisasını döyüş meydanında qəhrəmanlıq göstərərək aldılar. 
Azərbaycan öz gücü ilə tarixi torpaqlarını geri qaytardı. Bir sıra Ermənistanın havadarları olan, onların arxasında dayanan, onlara dəstək verən, onları silah sürsatla təmin edən  ölkələr bu vaxt Azərbaycana qarşı ittiham irəli sürdülər. Lakin Azərbaycan beynəlxalq arenada haqlı olduğunu, öz sərhədlərini özü nəzarətə götürdüyünü və müharibənin də Azərbaycan torpaqlarında getdiyini bəyan etdi.
Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək soydaşlarımızı öz yurd-yuvalarından didərgin salmış, qətlə yetirmişlər. 30 il ərzində ərazilərimizdə dağıntılar törətmişlər. Dini yerlərimizi dağıtmış, təhqir etmiş, evləri, tarixi yerləri yerlə yeksan etmiş, ekologiyamıza zərər vermişlər, soyqırım törətmişlər, lakin Qərbdə onlar bu cinayətlərinə görə qınanmamışlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün Qərbdə ikili standarlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin."
Azərbaycan Ordusu olduqca güclü, hazırlıqlı ordudur. Hərbçilərimizin peşəkarlığı durmadan artmaqdadır. Ordumuz yeni müasir silahlarla, hərbi texnika ilə təchiz olunur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutub. Azərbaycan Ordusunun döyüş taktikası bir sıra dünya ölkələri  tərəfindən öyrənilir.
Azərbaycan Prezidenti öz çıxışında eyni zamanda 2024-cü ildə hərbi təyinatlı yerli istehsalın artırılacağı ilə bağlı qeyd etdi ki, həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq.
Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq.
Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Böyük Qayıdış çərçivəsində ardıcıl uğurlu addımlar atılır.  Şəhərlərimiz, kəndlərimiz yenidən qurulur. Artıq 5 minə yaxın 30 il öz doğma yurd-yuvasından qaçqın düşmüş soydaşımız doğma torpaqlarına qayıdıb.
2024-cü il ərzində isə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa ediləcək. Cari ildə Xocalı və Xankəndi də bərpa olunacaq və sakinlər öz əzəli torpaqlarına dönəcəklər.
Respublikamız regionda və beynəlxalq miqyasda ictimai-siyasi sabitlik məkanı, multikulturalizm və tolerantlıq örnəyi, həmçinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanınır. 
Respublikamızın nüfuzu dünyada günbə-gün artmaqda davam edir. Azərbaycan yaşıl enerjiyə keçid edib. Bu il bölgənin ən böyük-230 meqavat gücündə bərpaolunan günəş enerjisi elektrik  stansiyası istifadəyə verilib.
Həmçinin ötən ilin sonlarında dünyanın ən böyük konfraansı olan  COP29-un azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar verib. Bu da bütün dünya ictimaiyyətinin Azərbaycana olan hörmət, rəğbət və inamıdır.
Hələ qarşıda Azərbaycanı daha böyük nailiyətlər, daha böyük uğurlar gözləyir.
Ulu Öndər Heydər Əliyevin hər birimizin qürur rəmzinə çevrilən sözləri yada düşür: "Hər bir insan üçün onun milli mən sssubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam."
Bu gün biz hamımız Müzəffər Prezidentimizlə, Ordumuzla, xalqımızla, Azərbaycanlı olmağımızla fəxr edirik.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Sosial       Tarix: 04 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Quranda Məhərrəm ayında toy etməklə bağlı qadağa yoxdur - İlahiyyatçı

Məhərrəm ayı İslam dünyasında xüsusi əhəmiyyət daşıyan aylardan biri hesab olunur və müsəlman təqviminin ilk ayıdır. Bu ay xüsusilə faciəli tarixi hadisələr və dini-mənəvi dəyərlərlə əlaqələndirilir. Əsasən də səbr, ibadət

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio

Bakıda bu göyərti növünün qıtlığı yaranıb - Səbəb açıqlandı

İyunun ortaları olmasına baxmayaraq, paytaxtın bir sıra bazarlarında keşniş tapmaq çətinləşib. Satıcılar bildirirlər ki, məhsulun azlığı həm qiymətlərə təsir edib, həm də alıcıların narazılığına səbəb olub. Bəzi vətəndaşla

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi


son xeberler yeni xeberler azerbaycan xeberleri krimnal xeber xəbərlər.com son xeberler az sonxeber.az