QARŞILIQLI İTTİHAMLAR - Ermənistanda orduyla bağlı qalmaqal davam edir

QARŞILIQLI İTTİHAMLAR - Ermənistanda orduyla bağlı qalmaqal davam edir44 günlük müharibəylə bağlı yaradılan istintaq komissiyasına ifadəsindən sonra baş nazir Nikol Paşinyanın ünvanına erməni siyasi dairələrindən müxtəlif tənqidlər səslənməyə başladı. Paşinyanın ən çox tənqid etdiyi silahlı qüvvələrədən isə baş nazirə əməlli başlı təpki gəldi.
Əsasən baş qərargahı hədəfə alan Paşinyan müharibə dövründə ona yalan məlumat verildiyini dedi. Keçmiş baş qərargah rəisi Onik Qasparyan dərhal ittihamlara cavab verərək Paşinyanın yalan dediyini söylədi və müxtəlif arqumentlərlə özünə haqq qazandırdı. Bundan sonra baş qərargahın keçmiş rəis müavini Tiran Xaçaturyan da məsələyə münasibət bildirdi və hökumətin orduya biganə münasibətindən danışdı. Hökuməti sərt tənqid edən Xaçaturyan Paşinyanı orduya pul ayırmamaqda ittiham etdi. Onun ittihamlarına baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi gec də olsa cavab verib.
Xaçaturyanın söylədiklərinin arxasında siyasi motivlər gizlənir deyə həmin bəyanatda bildirilir:
"Ordunun ehtiyaclarını ödəmək və prioritet nailiyyətləri reallaşdırmaq üçün pul ayırmadığı barədə yalan bəyanatların reallıqla heç bir əlaqəsi yoxdur. Bir neçə epizodda sonuncunun iddiaları onun Baş Qərargahın sabiq rəisi Onik Qasparyanın ictimai açıqlamaları ilə ziddiyyət təşkil edir. Tiran Xaçaturyan qondarma və əsassız iddialarla belə təəssürat yaratmağa çalışır ki, guya hökumətdən kifayət qədər vəsait ayrılmadığından silahlı qüvvələrin normal inkişafı əngəllənib".
Xaçaturyan isə real faktlar söyləyərək Paşinyanı orduya qeyri-peşəkar münasibətdə tənqid etməkdə davam edir. Hökumət də məğlub olduqlaqları müharibədə günahkar axtarışını davam etdirir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler bu gunun xeberleri bugun xeberler axsam.az xeberler