Qaxda avtomobil ağaca çırpıldı, 2 aylıq körpə öldü
Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub.
azxeber.com APA-nın Şimal-qərb bürosuna istinadən xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib.
Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat