"Qaydalara uymasaq, yoluxmada yeni pik həddi görə bilərik"
Artıq bir həftədir ölkəmizdə koronavirusa yoluxanların sayının xeyli aşağı düşməsində sərtləşdirilmiş xüsusi karantin rejiminin böyük rolu var.
Bunu Milli.Az-a açıqlamasında Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl deyib.
O bildirib ki, aktiv xəstə sayı xeyli düşərsə, sərtləşdirilmiş xüsusi karantini yumşaltmaq məcburiyyətində qalacaqlar:
"Bu rəqəmlərin aşağı düşməsində vətəndaş məsuliyyəti də rol oynayır. Amma hələ də məsuliyyətsiz vətəndaşlarımız kifayət qədərdir. Bu gedişlə sərt karantin rejimini yumşaldacaqlarını istisna etmirəm. Bu, bizim istəyimizlə deyil ki. Rəqəmlərə baxacaqlar, əgər yoluxma statistikası ona icazə verərsə, aktiv xəstə sayı xeyli düşərsə, karantini yumşaltmaq məcburiyyətində qalacaqlar. Yoluxma sayı bu rəqəmlərdə qalarsa, belə yumşaldılma da özünü çox gözlətməz düşünürəm.
Bu, o demək deyil ki, bizdə COVİD 19-a yoluxmanın pik həddi sona çatıb
Düzdür, yoluxma sayı bizdə əvvəlki rəqəmlərlə müqayisədə xeyli aşağı düşüb. Belə görünür ki, bəli, bu zirvəni keçdik, amma bu, o demək deyil ki, bizdə COVİD 19-a yoluxmanın pik həddi sona çatıb. Bir az məsuliyyətsizlik etsək, qaydalara uymasaq, yoluxmada yeni bir zirvə görə bilərik. Bizdə yoluxmanın pik rəqəmi 590 idi, amma müəyyən qədər məsuliyyətsizlik etsək, 600-ün üzərini də görə bilərik. Ona görə də bundan rahatlığa qapılıb arxayınlaşmaq olmaz. Bildiyiniz kimi, payız ayları infeksiyaların mövsümü hesab edilir. Həmin dönəmdə koronavirusa yoluxma ehtimalı kifayət qədər yuxarıdır. Çünki insanların immunitetləri aşağı düşəcək, hava dəyişəcək. Bütün bu amillər də yoluxmanın artmasına zəmin ola bilər".
Təhməz Təkin
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ