"Qaynaqsız, saçı uzun, təbii kirpikli, qoçaq gəlin istəyirəm" - Könül Kərimova
"Evdə qalmaq mənim üçün toy-bayramdır. Neqativ hisslərə qapılmıram. Mənfini öldürməyi bacaran insanam. Qəm qəm gətirir. Özümü o hallara kökləmirəm. Vaxtında yatır, vaxtında oyanıram. Özümlə məşğulam. Həyatım tamam dəyişib. Uzun illərdir çalışırıq. Karantindən əvvəl fikirləşirdim ki, necə edim dincəlim? Deyirdim, telefonu söndürüb, 1 ay evdə istirahət edəcəm".
Open.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Evdəkilərə salam" verilişində deyib. Müğənni karantin günlərini necə keçirməsindən danışıb.
Kərimova bildirib ki, oğlu Rəşadı evləndirmək istəyir:
"Bunu çox arzulayıram. Ən böyük istəyim indi odur. Çox yorulmuşam, istəyirəm evlənsin, dincəlim. Hər dəfə belə söhbət düşəndə, deyirəm ki, müğənni gəlin istəmirəm. Məni daş-qalaq edirlər. Özüm, qardaşımın qızı müğənnidir. Bu işin çətinliyini görürəm. İstəyirəm gəlinim evdə olsun. Bir oğlum var, nə edim? Gəlinim, evdə otursun. Qoçaq, gözəl, saçı uzun, qaynaqsız, təbii dırnaq, kirpikli gəlin istəyirəm".
Müğənni yeni evindən söz açıb. O bildirib ki, villası dənizə yaxın yerdə yerləşir:
"Yeni evimə karantindən 1 həftə əvvəl köçdüm. Dənizi çox sevirəm, ona görə də evim dənizə yaxındır. Bu evdə yaşayırıq, rahat olsa, daimi qalacam. Olmasa köçəcəm.
Başa düşə bilmirəm ki, niyə sənət adamlarını evsiz, pis gündə görmək istəyirlər? Əvvəl müğənninin evini görəndə sevinirikdik. Niyə müğənninin aşağı səviyyədə görməyi arzulayırlar?".
Sənət dostlarımla danışıram. Amma kim bədbindir ondan uzaqlaşıram".(axşam.az)






Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq