Qazanmaq üçün nələrisə itirmək lazımmış' - Gülər Mübariz yazır

Qazanmaq üçün nələrisə itirmək lazımmış' - Gülər Mübariz yazırRəhmanımsan,Rəhimimsən,Rəbbimsən,
Əhədimsən, Rəsulumsan, Kərimsən.
Səlamımsan, qadirimsən,eşqimsən,
Tək ümidim,tək gümanım, pənahım,
Təkcə sənin əsirinəm Allahım!(R.Abbaszadə)
Hər qaranlıq gecənin bir işıqlı gündüzü,hər bağlı qapının bir açılan vaxtı olur.Ya səbir deyə sığındığımız,ətəyindən yapışdığımız iman sahibindən ən gözləmədiyimiz anda nicat gələr.Açar bütün qaranlıq qapı arxasındakı naümid könüllərin yolunu,şəfa verər illərin qaysaq bağlamış yaralarına.Vardır,əlbət,hər Tanrı qulunun bir keçməkeşli həyat hekayəsi;kiminin dərin,kiminin dayaz çuxurlu yollarda irəlilədiyi.Kiminin davam gətirib yaşam mübarizəsində qalib sərkərdə olduğu,kiminin də tab gətirə bilməyib həyat girdabında boğulduğu.
Gülüşü dünyaya işıq saçanlar və ya göz yaşından gülüşü unudanlar…Hər kəsin bir dərdi,ya da dərd dediyi bir sıxıntısı var.Fani dünyanın ucu-bucağı görsənməyən zaman ərəfəsində yaşayırıqsa,fani həyat məfhumuna da alışmalı,mübarizəmizi də ona uyğun aparmalıyıq.Qadın ya kişi ,fərqi yoxdur,insan övladı yaşadığı hər anın mücadiləsini verir əslində.Kimisi savaş halında,kimisi sükut…Çətinlik anlamı gender fərqində deyil,hər kəsə eyni yükdə gəlir;qadın ya kişi.Sadəcə hər kəsin o yükü daşıyacaq qüvvəsi,o ağırlığı üstlənəcək mənəvi gücü yetərli olmur,məncə.Həyatın mənəvi sınağından,tükənmək bilməyən imtahanından üzüağ çıxanlar da olur,əzilib insan olmaqdan çıxanlar da…
Bəs qalib olanlar kimdir?Bunun anlamını necə qavrayırıq?
Həyatda ən bahalı şey təcrübədir, çünki qazanmaq, qalib olmaq üçün itirmək gərəkdir. İtirdiyimiz məfhumlar olsa da onun bizə qazandıran tərəfi də olmuşdur əslində.Təbii ki, itkinin yaşatdıqları anlam olaraq mənfi təsir daşıyır şüurumuzda, fəqət, yaşama ruhuna sahib, uğur və xoşbəxtlik qazanmaq uğrunda qətiyyətli, optimist insanlar bu olanları fürsətə çevirməyi bacarırlar.Bəs necə olur bu?
Uğursuzluqların yaşanmasının səbəbi, hardasa yaşanmış əməlin və hansısa bir xətanın nəticəsi sayıla bilər.Bu isə o deməkdir ki,bu yanlışdan öncə də bir sıra xətalar edilmiş ,çünki dərs götürüləcək bir olay yaşanmamışdır.Bütün məsələnin kökü sayılacaq nəticə burdadır. Dərs verəcək bir olay. Elə bir situasiyaya düşürük ki, hətta həyatın sonunun da gəldiyini düşünə bilirik. 48 yaşında intihar edən, XX əsrin ən böyük şairələrindən biri olan Marina Svetayevanın son qeydlərindən birində dediyi kimi;"Tanrı ,qınama məni,amma sən bu dünyada qadın olmamısan,, Çətinliyin ən ağır dərəcəsinə qədər hər kəs bu anı yaşaya bilər, amma önəmli olan, yaşadıqlarından sonra həyatını geri qazana bilməkdir.Önəmli olan,bu düşüncələrlə yaşamağa başladığın an,müvəffəqiyyət qazandığın an, keçmişə dönüb "Məni xilas edən bu olay oldu" deyə bilməkdir.
Bax o zaman anlayırıq ki, qazanmaq üçün nələrisə itirmək lazımmış. Məğlubiyyəti fürsətə, qazanca, uğura çevirdiyin an əsil qalibiyyətin bu olduğunu anlayırıq.Bu səbəbdən də yaşamış olduğumuz dərin ümidsizlikləri böyük bir ümidə çevirməyi bilməliyik. Yaşadıqları məğlubiyyəti dərs aldıqları bir qalibiyyətə çevirməyi bilənlər həyata bir addım geridən başlayanlar yox,hər kəsdən bir addım irəlidə olanlardır. / azxeber.com

Sosial       Tarix: 12 iyul 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler cəbhədən son durum xəbərlər.com