Qazaxda jurnalist adı ilə dələduzluq etdilər
Qazax rayonunda dələduzluq edən şəxslər saxlanılıblar.
Bu barədə Open.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinə müraciət edən bir qrup rayon sakini, ərizələrində daha əvvəl tanımadıqları bir neçə nəfərin özlərini jurnalist kimi təqdim edib, övladları barədə "Çağdaş Təhsil" jurnalında məqalə və şəkil dərc etdirəcəklərini vəd edərək onlardan müxtəlif məbləğlərdə pul aldıqlarını bildiriblər.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakinləri - 27 yaşlı Pərviz Fərəcov, 28 yaşlı Davud Fərəcov, Hacıqabul rayon sakini, 39 yaşlı Samirə Talıbova və Tərtər rayon sakini, 28 yaşlı Kənan Hümbətov saxlanılıb. İstintaq yolu ilə müəyyən edilib ki, saxlanılan şəxslərin işinə adı çəkilən jurnal rəhbərliyi tərəfindən bir müddət əvvəl son verilib. Lakin buna baxmayaraq, onlar, özlərini "Ziyalılar" ictimai-siyasi qəzetinin əməkdaşı kimi təqdim edərək əməllərini davam etdiriblər.
Dindirilmə zamanı onlar, törətdikləri cinayət əməlini etiraf ediblər və qeyd ediblər ki, rayon ərazisində kirayədə yaşamaqla müxtəlif vaxtlarda, ümumilikdə, 54 sakin ilə saxta müqavilə bağlayaraq onlardan 20, 50, 70 manat məbləğində pul alıblar.
Qeyd edək ki, bu şəxslərin respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlərdə iştirak etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, və ya Qazax RPŞ-nə müraciət edə bilərlər.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb