Qazaxıstan BƏYAN ETDİ: "Heç bir ittifaq dövlətinə qoşulmayacağıq"
Qazaxıstan heç bir ittifaq dövlətinə qoşulmaq istəmədiyini bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin mətbuat katibi Ruslan Jeldibay Facebook səhifəsində yazıb.
O bildirib ki, Qazaxıstan ittifaq dövlətlərinə qoşulmayacaq
"Qazaxıstan Avrasiya İqtisadi İttifaqı vasitəsilə müttəfiq dövlətlərə qoşulmağı, eləcə də yenilərini yaratmağı planlaşdırmır", – Jeldibay bildirib.
Onun fikrincə, əməkdaşlıq yalnız iqtisadi yol çərçivəsində aparılmalıdır.
"AİB daxilində inteqrasiya yalnız iqtisadi yolla gedə bilər və getməlidir. Onun çərçivəsindən kənara çıxmaq təşkilatın nizamnamə sənədlərinin məqsəd, prinsip və vəzifələrini pozur.
Prezidentin vurğuladığı kimi, iqtisadi inteqrasiya özlüyündə məqsəd deyil, iqtisadiyyatları inkişaf etdirmək, xalqlarımızın rifah halını yaxşılaşdırmaq vasitələrindən biridir.
Ölkəmizə gəlincə, Qazaxıstan heç bir ittifaq dövlət yaratmaq və ya onlara qoşulmaq niyyətində deyil və planlaşdırmır", – Tokayevin nümayəndəsi vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi